Avtobus

Bakıda bir avtobusun hərəkət istiqaməti dəyişdiriləcək

6
Bakının Xətai rayonunda küçələrdən birində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

BAKI, 20 may — Sputnik. Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

6
Teqlər:
dəyişdirilmə, hərəkət istiqaməti, marşrut, avtobus
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb

11
(Yenilənib 22:58 19.06.2021)
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 19 iyun - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, həmin ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

11

Baş məşqçi: Türkiyə millisi AVRO-2020-nin pley-off mərələsinə çıxmağa ümid edir

11
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Avropa çümpionatının qrup mərhələsində İsveçrə komandası ilə oyundan gözləntiləri ilə bölüşüb

BAKI, 19 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi qrupda üçüncü yeri tutaraq Avropa çümpionatının pley-of mərhələsinə çıxmağa ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş oyundan əvvəlki mətbuat konfransında deyib.

Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda Avropa çümpionatının qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yıığmaları üz-üzə gələcək.

"A" qrupundakı əvvəlki iki oyunda Türkiyə komandası İtaliya (0:3) və Uels (0:2) komandalarına məğlub olub, isveçrəlilər isə uelslilərlə heç-heçə oynayaraq (1:1) italyanlara məğlub olublar (0:3).

Günəş bildirib ki, Uels yığması ilə əvvəlki oyunda onun yetirmələri özünə inamı itiriblər.

"Əvvəlki iki oyun bizim üçün çox mürəkkəb oldu. Uels komandası ilə oyunda biz özümüzə inamı itirdik. Bizdən çox şey gözlənildiyini bilirdik, lakin komandamız gəncdir və bu oyunçulara təsir etdi. İndi biz çətin vəziyyətdəyik", - deyə o bildirib.

Mütəxəssis onu da deyib ki, komandanın oyununda həm oyunçuların texnikası cəhətdən, həm də taktiki hazırlıqda problemlər var. Lakin, özünün də dəfələrlə dediyi kimi, Günəş öz ünvanına və komandanın ünvanına səslənən tənqidə normal yanaşır.

"Çoxları bizim çıxışımızdan narazıdır, biz də narazıyıq. Hər kəsin fikir yürütmək haqqı var, bu normaldır, biz tənqidi qəbul edirik və o əsassız deyil. Biz həqiqətən çoxlu səhvlər edirik, xüsusilə də yarımmüdafiədə. Elə bu zonada komandanı heyətində dəyişikliklərin olacağı istisna deyil", - deyə Günəş bildirib.

Bütün bunlara baxmayaraq, Türkiyə millisi qrup mərhələsində üçüncü yer tutmuş komandalardan dörd komandadan biri olmaq və 1/8 finala çıxmağa ümid edir.

"Kağız üzərində İsveçrə komandasının daha çox qələbə şansı ola bilər. Lakin Uels də reytinqdə aşağıda idi, indi bu komanda həm bizdən, həm də isveçrəlilərdən yüksəkdədir. Lap əvvəldən düşünülürdü ki, İsveçrə və Türkiyə milliləri qrupda ikinci yer uğrunda oynayacaqlar, indi isə ikinci yerə ancaq isveçrəlilər çıxa bilərlər. Biz isə ancaq üçüncü yer uğrunda mübarizə apara və üçüncü yer tutmuş ən yaxşı dörd komandadan biri olaraq pley-off mərhələsinə çıxmağa ümid edə bilərik", - deyə Günəş əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

11
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

62
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

62