Məktub

Azərbaycan markasına səs verək, ölkəmizi birinci edək

16
(Yenilənib 20:11 20.05.2021)
Nazirlik "Azərmarka" Məhdud Məsuluyyətli Cəmiyyəti tərəfindən hazırlanmış, Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbirinə həsr edilmiş poçt markası ilə təmsil olunur

BAKI, 20 may — Sputnik. Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) "Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət" mövzusunda "EUROPA 2021" poçt markaları müsabiqəsini elan edib. Nazirlikdən Sputnik Azərbvaycan-a verilən məlumata görə, bu müsabiqədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" Məhdud Məsuluyyətli Cəmiyyəti tərəfindən hazırlanmış, Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbirinə həsr edilmiş poçt markası ilə təmsil olunur.

Marka
© AR Ministry of Transport, Communications and High Technologies
Marka

Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlamış səsvermə 9 sentyabr tarixində başa çatacaq.

Səs vermək üçün bu linkə (https://europa2021.posteurop.org/#/my-vote:Azerbaijan%20) daxil olaraq "Your vote" xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd etmək və "Privacy Policy"ni təsdiqləməklə "Submit my vote" düyməsini sıxırsınız.

Məlumat üçün bildirək ki, zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı Naxçıvan Muxtar Respublikası ərazisində nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb. Qoruqda yaşayan bəbir (Panthera Pardus Ciscaucasica) Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı kitab"ına daxil edilib.

Eləcə də oxuyun:
* Azərbaycan tarixini yaşadan "Azərmarka"da bir gün

* "Qərbi Zəngəzur bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək"

* Azərbaycanda daha bir bəbir kameraya düşdü – VİDEO

 

16
Teqlər:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, poçt markası, Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti, Zəngəzur
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

7
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

7
Футболисты сборной Нидерландов

AVRO-2020: Daha bir yığma 1/8 finala vəsiqə qazanıb

10
Xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

"Report"un məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

10