CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qələbəmizin adını daşıyan stansiyada işlər niyə uzanır?

© Baku Metro Closed Joint-Stock CompanyСтанция метро "8 Ноября" в Баку
Станция метро 8 Ноября в Баку - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Bir sözlə, təmir-tikinti işləri üzrə son tamamlama işləri görülür" - B.MəmmədovBir sözlə, təmir-tikinti işləri üzrə son tamamlama işləri görülür" - B.Məmmədov

BAKI, 17 may — Sputnik. ""8 Noyabr" stansiyasında işlər axarı ilə davam edir. İnşaatın sonuncu mərhələsidir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, istismar üçün hazırlıq prosesi gedir: "Yəni, avadanlıqların quraşdırılması, sistemlərin bir-biri ilə əlaqəli sinxron işinin təmin olunması, işçi heyətinin hazır vəziyyətdə olması və s. bu kimi məsələlələr həll olunur. Çünki həmin xətt üzrə tətbiq ediləcək sistem və avadanlıqların hamısı müasir dövrün tələblərinə uyğundur və onların özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla işlər həyata keçirilir. Bir sözlə, təmir-tikinti işləri üzrə son tamamlama işləri görülür".

Qeyd edək ki, bu il yanvarın 7-də Bakı metropolitenindən "8 Noyabr" stansiyası barədə oxşar məlumat verilmişdi.

Eləcə də oxuyun:

Marşrut xətlərindən birində gediş haqqı azaldılıb

* Azərbaycanda pandemiyada "ulduzu parlayan" xidmət

Bakı metrosunda yeniliklər edilir

Xəbər lenti
0