CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram tətilinin "yaşıl üzü" - FOTO

© AR Ministry of Ecology and Natural ResourcesАбшеронский Национальный парк
Абшеронский Национальный парк - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Bayram tətili günlərində milli parklara gələn turistlərin sayında artım müşahidə olunub ki, bu da ilk növbədə ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, milli parklarda təşkil olunan xüsusi maarifləndirici proqramlarla əlaqədardır.

BAKI, 16 may — Sputnik. Ramazan tətili günlərində Azərbaycanın milli parklarına 6875 turist səfər edib. Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, bayram tətili günlərində milli parklara gələn turistlərin sayında artım müşahidə olunub ki, bu da ilk növbədə ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, milli parklarda təşkil olunan xüsusi maarifləndirici proqramlarla əlaqədardır.

"Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Eyni zamanda, milli parklarda müxtəlif təbii landşaft və ekosistemləri əhatə edən 114 ekoturizm marşrutu fəaliyyət göstərir".

Eləcə də oxuyun: 

Çiçəkli meyvə bağlarında tovuz quşları və flaminqolar gəzir - Bakıda istirahət edin

Bakıda Polad Həşimovun adına park salınır

Qafqazın möhtəşəm safari parkı

Bakıda "Su parkı" yaradılıb - FOTO

Xəbər lenti
0