* AZƏRBAYCAN *
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi

77
"Üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fendamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır"

BAKI, 16 may — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

- Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı iddialarına, Azərbaycanın guya Ermənistanın "suveren ərazisini" pozduğuna dair iddialarına münasibət bildirməyinizi xahiş edirik.

- Bu iddialar tamamilə əsassızdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib.

Öncə vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.

Biz hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edirik.

Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası / demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur.

Ermənistan və Azərbaycan müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır.

Onu da vurğulayım ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir. Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir.

- Beynəlxalq ictimaiyyətin bəzi üzvləri də son sərhəd gərginliyinə reaksiya verdi, bu açıqlamaları necə şərh edərdiniz?

- Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Əlbəttə, üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fendamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır.

Bildiyiniz kimi, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər etmiş, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlamışdır. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.

Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.

Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir.

Bir daha təkrarlamaq istərdim ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir.

Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edirik.

Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir.

Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir və bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırırıq.

Eləcə də oxuyun: 

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib

Ceyhun Bayramov Yerevanın sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciətinə cavab verdi

Zəngəzur vilayətində sərhəd münaqişəsi: KTMT nə etməlidir?

 

77
Teqlər:
sərhəd, Ermənistan, Azərbaycan XİN
Milli Məclisin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

2
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyinə 12 məsələ daxil edilib

BAKI, 23 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, iyun ayının 22-də Milli Məclisin növbədənkənar iclası keçirilib və 14 məsələ müzakirə edilib.

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

2
Vətən Müharibəsi qaziləri

Vətən Müharibəsi qazilərinin tibbi müayinəsi aksiyası keçirilib

94
(Yenilənib 19:07 23.06.2021)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə bu gün Vətən Müharibəsi qaziləri və övladları üçün pulsuz tibbi xidmətlər təşkil olunub

BAKI, 23 iyun — Sputnik. 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Vətən Müharibəsi qazilərinin tibbi müayinəsi aksiyası keçirilib.

Sputnik Azərbaycan olaraq qəhrəmanlarımızın tibbi müayinə aksiyasında iştirak etdik. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və Aysmed klinikasının tibbi dəstəyi ilə keçirilən aksiyada qazilər və onların övladlarının tibbi müayinələri, həkim qəbulları, laborator analizləri və pulsuz olaraq digər tibbi xidmətlər təşkil olunub.

İctimai birliyin icraçı direktoru Zamin Zeynal aksiya ilə bağlı məlumat verib və bildirib ki, belə addımın atılmasında əsas məqsədlərdən biri ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələri, qazilərlə bağlı həyata keçirilən dövlət proqramına ictimai dəstək göstərməkdir: "Biz bu gün ictimai birlik olaraq üzvlərimiz olan qazilərə sms şəklində aksiya barədə məlumat yollamışıq. Məlumat üçün qeyd edim ki, üzvlərimizlə bağlı vahid baza yaradılıb. Bizim üzvlərimiz arasında qazilərlə yanaşı şəhid ailələri də var. Bizim müxtəlif şəhərlərdə bir neçə nümayəndəliyimiz fəliyyətdədir. Gələcəkdə isə digər regionlarda da nümayəndəliyimizin yaradılması nəzərdə tutulur. Biz artıq Gəncədəki nümayəndəliyimizə də müvafiq tapşırıqlar vermişik ki, orada da yaşayan şəhid ailələri və qazilələrimiz, onların övladları ilə bağlı pulsuz tibbi aksiyalar həyata keçirilsin. Çalışırıq ki, onların səhhətlərinin yaxşılaşdırılması istiqamətində töhfəmizi verək".

  • Vətən Müharibəsi qaziləri
    © Sputnik / Murad Orujov
  • Vətən Müharibəsi qaziləri
    © Sputnik / Murad Orujov
  • Vətən Müharibəsi qazilərinə pulsuz tibbi yardımlar göstərilir
    © Sputnik / Murad Orujov
1 / 3
© Sputnik / Murad Orujov
Vətən Müharibəsi qaziləri

Qeyd olunub ki, birlik tərəfindən şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstək yönümlü tədbirlər davam etdiriləcək.

Qazilər də onlara göstərilən yardımlardan, dəstəkdən razılıqlarını dilə gətiriblər.

Qeyd edək ki, Silahlı Qüvvələr Günü münasibəti ilə 23-25 iyun tarixlərində ümumilikdə 100 qaziyə pulsuz tibbi xidmət göstəriləcək.

 

94
Kişi saçlarını darayır, arxiv şəkli

Bizə qənim kəsilən qəzəbli adamlar

0
Sputnik Azərbaycan-ın köşə yazarı son illər çox aktual olan sosial şəbəkə dözülməzliyi mövzusuna toxunub.

BAKI, 23 iyun — Sputnik. Sosial şəbəkələrdə bir qrup insan var ki, oturub kimlərisə linç etmək üçün fürsət gözləyir.

Əgər sənin şəxsi fikirin varsa, ümumi fikirə zidd bircə kəlimə yazsan, vay halına. Bu mühafizəkar və qəzəbli adamlar səni didib-parçalayar, məhv eləyər.

Onlar heç kəsin tənqidi fikirini, şəxsi yanaşmasını qəbul etmir. Ellikcə sevinib, ellikcə kədərlənən bu insanlar onların duyğularına şərik olmayanları bihörmət etməyə məqam gözləyirlər.  Onlar üçün azadlıq əxlaqsızlıq, şəxsi fikir tərbiyəsizlik, fərdi düşüncəni bölüşmək mənasızlıqdır.

***

Onların düşməni də, dostu da ümumidir. Qəfildən sözü bir yerə qoymuş kimi kimisə sevə, ya da söyə bilirlər. Həmrəy, həmfikir olmaqda əndazəni aşmış bu adamların gözündən yayınıb azacıq müstəqil fikir yazsan, sənin xalq düşməni olduğunu sübut edənə qədər səndən əl çəkməzlər. Sosial şəbəkələrdəki qaraguruhu müşahidə edəndə, Nemət Pənahlının “Meydan” hərəkatındakı performansını xatırlayıram. Hərçənd, o dönəmdə uşaq olsamda, dumanlı xatirələrim və böyüklərdən eşitdiklərim Nemətin kütləni necə coşdurmasını yaddaşımdan silinməyə qoymur. Nemətin bir kəliməsi ilə oturub-qalxan minlərlə adam vardı illər öncə...

Sonra həmin kütləvi həmrəylik unuduldu getdi, illər sonra o adamların “varisləri” sosial şəbəkələrdə peyda oldu. İndi də onlar kütləvi şəkildə həmrəy və həmfikir olmaqla sosial şəbəkələri “Azadlıq meydanı”na çeviriblər. Onların da öz nemətpənahlısı var – sosial şəbəkə fenomenləri...

Müharibə vaxtı bu kütlənin qəzəbini də, coşğusunu da gördük. Sülh tərəfdarlarının təhqir edilməsi, fərqli düşünənlərin linç edilməsi hələ də davam edir. Bəli, bu adamlar alternativ, müstəqilfikirə hörmət etmir, hətta qəbul etmirlər. Onlar kimi düşünmürsənsə düşmənsən, namərdsən, satılmısan. Şüar birdir: “ya bizdənsən, ya düşmən”.

***

Şübhsiz ki, kütlənin azad fərdlərə qarşı dözümsüzlüyü yenilik deyl. İllər öncə də sosial şəbəkələrdə qəzəbli adamlar, əsəbi kütlə vardı, bu gün də var. Lakin getdikcə onların bölünməsi, qruplaşması fərqli istiqamətdə təşəkkül tapır. Nə qədər bölünüb, parçalanıb, şaxələnib inkişaf etsələrdə, onların ortaq nöqtəsi mütləq var: fərdlərə, azad, müstəqil fikirli insanlara qarşı dözümsüzlük. Əgər şəxsi fikirin varsa, bunu ifadə etmək istəyirsən yüz ölçüb, bir biçməlisən. Yoxsa, hücuma, linçə, təhqirə hazır olmalısan.

Onlar klassikləri çıxmaq şərti ilə, heç bir musiqiçini, rejissoru, aktyoru, yutuberi, siyasətçini, yazıçını və şairi bəyənmirlər. Onların fikirincə “bizimkilər” heç nəyi bacarmır. Məsələn, indiki müğənnilər oxuya bilmir, komediya aktyorları güldürə bilmir, rejissorlar çəkməyi bacarmır, yazıçılar isə yazmasa daha yaxşıdır. Nirvanada olduğunu düşünən bu ərənlər, onlar kimi düşünməyənləri cahil, savadsız, savadsız, bacarıqsız hesab edir. Çünki haqqı bilən sadəcə onlardır və onlar da “kövni-məkana sığmırlar”.

***

Xülaseyi-kəlam, bu qəzəbli və əsəbi insanlar arasında yaşamaq, ömür tükətmək əməlli-başlı işgəncədir. Bir yandan pandemiya, bir yandan gündən-günə çətinləşən həyat şərtləri, “bir yandan da havalar...” Açığı hər şeyə birtəhər dözmək, səbr etmək mümkündür. Adamı nə yayın istisi yandırır, nə də susuzluq. Adamı yandıran anlayışsız insanlar arasında yaşayıb, ömür-gün tükətməkdir. Bu qəzəbli, heç nəyi bəyənməyən, hamıya potensial düşmən kimi baxan adamlarla eyni səmanın altında eyni ulduzları seyr etmək o qədər çətindir ki...

0