CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki gün səngərdə yaralı qalan tək oğul: "Ailəm il yarım məndən xəbər ala bilməyib"

© Sputnik / Murad OrujovВетеран Великой Отечественной войны Мехти Мехдиев
Ветеран Великой Отечественной войны Мехти Мехдиев - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
"Bizi müharibənin dəhşətləri, bombaların iki addımlığımızda partlaması qəti qorxutmurdu. Ölümü gözə alıb düşmənin üzərinə hücum edirdik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Faşizm üzərində Qələbənin 76-cı ildönümünü qeyd etdik. Qələbə günündən bu qədər vaxt keçsə də, müharibənin acı xatirələri çoxlarının yaddaşından silinməyib. Azərbaycanda 9 mayda xeyli sayda insan həmin günlərə yenidən qayıdıb, 1945-ci ilin yazını iftixar hissi ilə yad edir. Qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların töhfəsi danılmazdır. Müharibənin elə ilk günlərindən bir çox azərbaycanlı əsgər rəşadəti ilə fərqlənməyi bacardı. Mənim müsahibim də döyüşdü, müharibənin bütün sərt cəbhələrini yarıb keçdi. Amma vətənə salamat döndü. Yaşadı, o günlərin şahidi kimi. Gözlər yaşla, sinə medalla dolu...

Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakini, 97 yaşlı veteran Mehdi Mehdiyev müharibə xatirələrini Sputnik Azərbaycan-la bölüşüb.

© Sputnik / Murad OrujovBöyük Vətən Müharibəsi iştirakçısı Mehdi Mehdiyev
İki gün səngərdə yaralı qalan tək oğul: Ailəm il yarım məndən xəbər ala bilməyib - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Böyük Vətən Müharibəsi iştirakçısı Mehdi Mehdiyev

Ömrünün ixtiyar çağını yaşayan Mehdi baba müharibənin od-alovunun onun gözünü qorxutmadığını söyləyir. Deyir ki, Böyük Vətən müharibəsində Azərbaycan oğulları şücaətlə döyüşüblər: "Bizi müharibənin dəhşətləri, bombaların iki addımlığımızda partlaması qəti qorxutmurdu. Ölümü gözə alıb düşmənin üzərinə hücum edirdik".

M.Mehdiyev 18 yaşında müharibəyə yollanıb: "18 yaşım yenicə tamam olmuşdu. 1942-ci ildə, doğum günümdən 5 gün sonra məni müharibəyə göndərdilər. Biz Şimali Qafqazın azadlığı uğrunda döyüşürdük. Şiddətli döyüşlər gedirdi. Mən müharibədə iki dəfə yaralandım. Bir dəfə budumdan, ikinci dəfə isə qolumdan ağır yara aldım. Müharibədə ağır yaralanmaq ölümlə üz-üzə qalmaq demək idi. Çünki hər yaralını xəstəxanaya çatdırmaq mümkün deyildi. Güllə başımızdan yağış kimi yağırdı. Mən də yaralanandan sonra iki gün səngərdə qalmışam. Yaşamağa ümidim azalmışdı. İki gündən sonra məni səngərdə tapıb ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırdılar. Qolumdan aldığım yara mənə müharibədən əbədi "xatirə" qaldı".

© Sputnik / Murad OrujovBöyük Vətən Müharibəsi iştirakçısı Mehdi Mehdiyev
İki gün səngərdə yaralı qalan tək oğul: Ailəm il yarım məndən xəbər ala bilməyib - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Böyük Vətən Müharibəsi iştirakçısı Mehdi Mehdiyev

Ailənin tək övladı olan Mehdi Mehdiyev ailəsinin il yarım ondan xəbər ala bilmədiyini söyləyir: "Müharibə o qədər dəhşətli bir şeydir ki, hər an ailənin üstünə qara kağız gedə bilərdi. Həmin dövrdə bütün ailələr bunun xofu ilə yaşayırdılar. Əlaqə qurmaq, xəbərləşmək çətin idi. Ailəm il yarım məndən xəbər ala bilməyib. Amma şükür ki, mən evə salamat qayıtdım".

Mehdi Mehdiyev 1943-cü ildə ağır yaralandığı üçün ordudan tərxis edilib. O, müharibənin odlu-alovlu cəbhələrindən keçərək, göstərdiyi igidliyə görə müxtəlif orden və medallarla təltif edilib. Müharibədən qayıtdıqdan sonra, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1949-cu ildə oranı bitirib. Həmin il Azərbaycan SSR Daxili İşlər Nazirliyinə işə göndərilib. 1954-1960-cı illərdə Dağıstan Daxili İşlər Nazirliyində işləyib. 1960-cı ildə yenidən Azərbaycanın daxili işlər sistemində işini davam etdirərək 1976-cı ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. 1976-cı ildən elmi fəaliyyətə başlayan Mehdi Mehdiyev ADU-nun Hüquq fakültəsinin dissertantı olub, 1980-ci ildən müəllimlik fəaliyyətinə başlayıb. 1984-cü ildə Xarkovda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi adını alıb, 1985-ci ildə Hüquq fakültəsinin dosenti adını qazanıb.

© Sputnik / Murad OrujovBöyük Vətən Müharibəsi iştirakçısı Mehdi Mehdiyev
İki gün səngərdə yaralı qalan tək oğul: Ailəm il yarım məndən xəbər ala bilməyib - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Böyük Vətən Müharibəsi iştirakçısı Mehdi Mehdiyev

1994-cü ildə "Təfəkkür" Universitetinin hüquq fakültəsinin dekanı olub və 2007-ci ilə qədər bu vəzifədə işləyib. Hazırda təqaüddə olan Mehdi Mehdiyev qayğı ilə əhatə olunduğunu söyləyir. Böyük Vətən müharibəsi iştirakçılarının heç zaman unudulmadığından, daim dövlət dəstəyi ilə əhatə olunduqlarından söhbət açır. Elə ailəsindən də razılıq edir. Oğlunun onun qayğısına qaldığını, bu yaşda nazı ilə oynadığını bildirir. Ömrünün 97-ci baharını yaşayan Mehdi Mehdiyev həyatda ən böyük arzusuna çatdığını da söyləyir. Deyir ki, torpaqlarımızın işğaldan azad olunması onun ən böyük arzusu olub. 44 günlük müharibənin zəfərlə başa çatacağına inandığını söyləyən Mehdi Mehdiyev güclü ordumuz və onun Ali Baş Komandanı ilə fəxr etdiyini bildirir.

Xəbər lenti
0