* AZƏRBAYCAN *
Paltar mağazası, arxiv şəkli

"Ucuzluq" mağazalarında işçilərin əmək müqaviləsiz işlədiyi aşkarlanıb

5
(Yenilənib 15:34 07.05.2021)
Bakı şəhəri, Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən "Ucuzluq" mağazalarında, həmçinin Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir sıra tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

BAKI, 7 may — Sputnik. Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən "Ucuzluq" mağazalarında, həmçinin Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir sıra tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı Nəsirov İsax Göyüş oğluna məxsus Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Ucuzluq" mağazasında 19 nəfər, İmanov Eldar Elman oğluna məxsus Xətai rayonu ərazisində fəaliyyət göstərən "Ucuzluq" mağazasında 15 nəfər, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Əsgərova Gülbəniz Elman qızına məxsus tikiş sexində 9 nəfər və Qurbanova Gülay Zakir qızına məxsus tikiş sexində 3 nəfər olmaqla, ümumilikdə 46 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş şəxslər barəsində tərtib olunmuş materialların hüquqi araşdırılmaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinə göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır. İşəgötürənlər işçiləri işə götürən zaman əmək müqaviləsi bağlamalı, işçilərin əmək və sosial hüquqlarını təmin etməlidirlər.

5
Bakubus avtobusu, arxiv şəkli

"BakuBus"ın avtobusu qəzaya düşdü - FOTO

1
Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib.

BAKI, 24 iyun — Sputnik. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza Əl Oyunları İdman Sarayının qarşısında baş verib. Əldə etdiyimiz məlumata görə, hadisə zamanı iki avtobus toqquşub. 5 saylı avtobus yararsız vəziyyətə düşüb.

Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda hadisəylə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyunun 17-də daha bir Bakubus-a aid 3 nömrəli xətt üzrə dövlət qeydiyyat nişanı 99 JU 864 olan avtobusun iştirakı İnşaatçılar prospektində yol nəqliyyat hadisəsi baş vermişdi. Hadisə zamanı xəsarət alan və ölüm halı qeydə alınmamışdı.

Eləcə də oxuyun:

  • Yeni çəkilmiş bu yolda qəzaları dəqiqələr ayırır

  •  "Mercedes" markalı yük avtomobili bir bölgənin qaz xəttini sıradan çıxardı

1
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Sexdə partlayış olub, işçi dünyasını dəyişib - FOTO

4
Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan kişinin bədəni bir neçə yerə bölünüb.

BAKI, 24 iyun — Sputnik. Qaxda mineral su sexində partlayış olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Süskənd yaşayış məntəqəsində yerləşən “İlham” firmasında baş verib.

  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
1 / 2
© Sputnik / Ibrahim Hashimov
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanovun bədəni bir neçə yerə bölünüb.

Ruzigar Verdiyeva isə güclü şok vəziyyətində xəsətəxanaya yerləşdirilib. Hazırda onun müayinə və müalicəsi davam etdirilir. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

  • Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

  • Balakəndə polis əməkdaşı xidməti silahla özünü niyə vurub?

  • Bakıda çoxmərtəbəli yaşayış binasında qorxulu anlar yaşanıb

  • Şabranda güclü yanğın - insanlar təxliyə edilirlər

4
Teqlər:
xəstəxana, ölüm, partlayış, Qax