CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

© AFP 2023 / KENZO TRIBOUILLARDDilənçilər, arxiv şəkli
Dilənçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
"Təəssüflər olsun ki son zamanlar uşaqlar arasında narkomaniya genişlənir və daha alt qruplara da sirayət edir" - Əliməmməd Nuriyev.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Ötən il ölkədə uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkar edilib. Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında bu rəqəmlər əksini tapıb.

Бездомный, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.05.2021
CƏMİYYƏT
Tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıblar

Hər il təxminən bu qədər uşağın aşkarlanması isə onların həyatının yenilənməsi, dəyişməsi deməkdir, ya necə? İllik olaraq bu qədər uşaq aşkarlanaraq qayğı, diqqətlə əhatələnə bilirmi, ümumiyyətlə bu uşaqların cəmiyyətə adaptasiyası üçün nə kimi addımlar atılmalıdır?

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadənin sığınacağı da bu cür uşaqların yerləşdiyi ünvanlardan biridir. Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında sığınacaqda bu sahədə olan ümumi problemlərdən və həmin uşaqlarla görülən işlərdən danışıb: "Hər il bizə xeyli sayda belə müraciət istiqamətləndirilir. Pandemiya başlayandan bu rəqəm enib. Bu uşaqlarla profilaktik iş aparılır. Onlaların əsasən təhsillə bağlı probemləri olur. Öncəki illərdə nə qədər belə uşağımızın təhsil hüququnun bərpasına nal olmuşuq".

"Uşaqlar burada qaldıqları müddətdə onlarla reabilitasiya işləri aparırıq. Bu uşaqlarla məktəbəqədər hazırlıq proqramlarını həyata keçirmişik. Onlarla yeni zamanda da psixoloji konsultasiyalar da təşkil etmişik. Digər hüquqi yardımları da edirik. Onları doğum haqqında şəhadətnamə ilə təmin olunması üçün aidiyyəti qurumlara müraciətlər ünvanlayırıq", - deyən Ağazadə əlavə edib ki, vaxtı ikən diləndirilən və hazırda sığınacaqda olan belə uşaqlar arasında qızlar daha çox üstünlük təşkil edir.

Бездомный, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2021
İsveçrədə dilənçilərlə qəribə mübarizə üsulu tapıblar, amma Aİ onu bəyənməyəcək

Birlik sədrinin sözlərinə görə, bu uşaqlar sığınacağa gətirilərkən çox ağır vəziyyətdə olublar və onların asosiallığı da yüksək səviyyədə olub: "Onlarda həmçinin davranış pozuntusu da var idi. Bu uşaqlar "mauqli sindromu" yaşayırdılar. Onlar artıq yazı yazır, şəkilləri, rəngləri tanıyır, saç sığalının nə olduğunu, eyni zamanda da geyimləri də uyğunlaşdıra bilirlər və bunu artıq öyrəniblər. Yəni, bütün bunlar artıq oinların davranışlarının formalaşdığının göstəricisidir. Uşaqların adaptasiyası nə qədər çətin getsə də, biz orada çox maraqlı nüanslar müşahidə edirik. Biz 1 yaşından əli daim açıq olan, ovcu irəli çəkilən uşaqlarımızın ovuclarını yuma bilmişik. Bir il ərzində dilənən ovucu qapada bildik, hazırda həmin  əl qələm tutur".

"Bu uşaqlar arasında geriyə dönmək istəyənlər çox azdır. Onların əksəriyyəti ümumiyyətlə keçmişlərinə dönmək belə istəmirlər. Onlarda çapıqlar, fiziki zədələr və əlbəttə ki, "birdən yenə küçəyə düşərəm" qorxuları sağalmır", - deyə o əlavə edib.

Həmsöhbətimiz deyir ki, bu uşaqların cəmiyyətə adaptasiyası üçün daim onlarla iş aparılmalıdır: "Onları bir dəqiqə də olsa boş qoymaq olmaz. Onlar necə ki zamanında boş qalmayıb dilənçilik ediblərsə, indi də boş qalmayıb təhsil almalı, bacarıqlarını inkişaf etdirməlidirlər, sevgi ilə əhatə olunmalıdır".

Dilənçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Küçədə dilənçilik edən 370 uşaq aşkarlanıb

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bu istiqamətdə görülən və görülməsi vacib olan işlərdən danışıb: "Azərbaycanda baxımsız uşaqlarla bağlı qanunvericilik var. Uşaq strategiyasında da bu istiqamətdə müəyyən nüanslar yer alıb. Baxımsız uşaqların sayının çoxalması həm də cəmiyyətdə kriminalizm və cinayətkar mühitin genişlənməsi üçün əlavə töhfələr verə bilər. Onlar həm cinayətkar qrupların hədəfi ola bilər, həm də istehsalçıya, yəni, insan alverinin və əməyin isitsmarının qurbanına, mütəşəkkil cinayətkarlıq qruplarının yaranması üçün xammal bazasına çevirlə bilərlər. Narkomaniyanın inkişafında da bu uşaqlardan istifadə edirlər. Narkotacirlər onlardan kuryer kimi istifadə edirlər. Kafe-barlarda öncələr belə adamlar uşaqlardan istifadə etməklə digər uşaqları da bu prosesə cəlb etmək üçün siqareti pulsuz paylayaraq onları asılı vəziyyətə salırlar. İkinci mərhələdə isə onlar uşaqları narkotik vasitələrdən asılı hala gətirirlər. Yəni, hətta imkanlı ailələrin uşaqlarında belə bu asılılığı yaradırlar. Bu səbəbdən DİN-in bu istiqamətdə fəaliyyəti genişləndirilməlidir. Həm də maarifləndirmə işləri aparılmalıdır. Baxın, bütün idman zalları bağlıdır. Hesab edirəm ki, karantin rejiminin qaydalarına uyğun bu yerlər də açılmalıdır ki, uşaqlar asudə zamanlarını daha dəyərli keçirsinlər. Vətəndaş cəmiyyətləri təşkilatlarına diqqət artırılmalıdır".

Dilənçinin üzərindən çıxan pul - Sputnik Azərbaycan, 1920, 14.09.2018
Zəngin "dilənçi" hər kəsi təəccübləndirdi

Həmsöhbətimiz deyir ki, narkomaniyanın genişlənməsi istər-istəməz uşaqlar arasında iz buraxır: "Təəssüflər olsun ki, son zamanlar uşaqlar arasında narkomaniya genişlənir və daha alt qruplara da sirayət edir".

Ə.Nuriyev bu istiqamətdə mövcud digər problemlərdən də danışıb: "Özəl sığınacaqlar çox azdır və yetərli infrastruktura malik deyil. Bu işdə Kəmalə Ağazadə, Mehriban Zeynalovanın xeyli fəaliyyəti var. Lakin bu da yetərli deyil. O sığınacaqların tutumu nə qədərdir ki?! Sığınacaqlara diqqət daha da artırılmalıdır. Vətəndaş cəmiyyətlərinə imkanlar verilməlidir ki, onlar da belə sığınacaqlar yaratsınlar".

"Sığınacaqların sayı artırılmalı, bu uşaqlar təhsilə cəlb ediməlidir. İnklüzivlik təmin edilməlidir. Tamamilə valideynsiz uşaqların ailələrə verilməsi təşviq edilməlidir. ƏƏSMN övladlığa verilmə ilə son gördüyü işlər təqdirəlayiqdir. Lakin bu işin cüzi bir hissəsidir. Elə ailələr var ki, övlad sahibi olmaq istəyirlər, lakin övladları olmur. Bu kimi məsələlərə diqqət yetirilməlidir. Psixoloji layihələr icra olunmalıdır. Onlara psixooji və hüquqi yardımlar göstərilməlidir. Düşünürəm ki, "sığınacaq" sözü daha cəlbedici sözlərlə əvəz edilməlidir. Bunun üçün daha təsiredici - "Qızlar Evi", "Oğlanlar Evi" kimi adlar düşünməliyik. Sanki "sığınacaq" sözü də onların cəmiyyətdən təcrid etmənin bir formasıdır, yəni, atılmış uşaqların bir yerə cəmlənməsidir", - deyə Ə.Nuriyev əlavə edib.

Bakıda nəqliyyatın hərəkəti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2018
CƏMİYYƏT
Bakıda qəribə hadisə: Dilənçi "Lexus"dan düşüb...

Ə.Nuriyev bildirir ki, uşaqları bu kimi yollardan çəkindirmək üçün peşə təhsilini gücləndirmək, belə uşaqları peşə təhsilinə yönəltmək lazımdır: "Bütün məsuliyyət, öhdəlik yalnız daxili işlər orqanlarının üzərinə qoyulmamalıdır. Özəl sektor da bu insanlara dəstəyi artırmalıdır. Onlarla bağlı çoxmərhələli layihələr icra olunmalıdır. Bu uşaqların sonrakı həyatı necə oldu, təhsilə cəlb etdik, bəs sonra nə oldu? Uşaqların ailələrə verilməsini bir qədər sadələşdirmək, eyni zamanda da nəzarəti daha da gücləndirmək lazımdır. Problemlər vaxtında həllini tapmasa, ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən tezliklə bu uşaqları yaşadıqları o həyatdan qurtarmaq lazımdır".

Xəbər lenti
0