Sabah Bakıda yağmurlu olacaq

9
Mayın 5-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BAKI, 4 may - Sputnik. Azərbaycan ərazisində mayın 5-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 5-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

9
Teqlər:
hava proqnozu, yağış, Azərbaycan, Bakı
Selfi çəkən cütlük, arxiv şəkli

20yearschallenge trendinə qoşulan məşhurlar - gəncliyin FOTO-ları

8
(Yenilənib 15:03 06.05.2021)
Ötən gündən başlayan #20yearschallenge trendinə həm yerli məşhurlar, həm də dünyanın məşhur sənət adamları qoşulub.

BAKI, 6 may — Sputnik. Ötən gündən başlayan #20yearschallenge trendinə məşhurlar da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu axına qoşulanlar arasında Türkiyənin məşhur aktyoru Mehmet Günsür də var. 45 yaşlı aktyor 1997-ci ildə, 22 yaşında çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb. 85 mindən çox şərh yazanların içində komediya ustası Cem Yılmazın "Memo! Bu altı ay önce be kardeşim. Atma" rəyi insanların gülüşünə səbəb olub.

Cem Yılmaz da bu axına qoşunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cem Yılmaz (@cmylmz)

Bu trendə Türkiyənin məşhur aktrisası və müğənnisi Şevval Sam da qoşulub. Müğənni 1993-cü ildə çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevval Sam (@sevvalsam)

Sözügedən trendə qoşulanlar arasında Sərdar Ortac da var. O, "Instagram" hesabında gəncliyini xatırladıb. 

Axına müğənni Alişan da qoşulub. Tanınmış müğənni özünün 20 yaşındakı fotosunu paylaşıb. Müğənni 1996-cı ildə çəkdirdiyi "Aşık oldun" albomu üçün çəkdirdiyi fotosunu özünün media hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alişan (@alisanofficial)

 

Trendə qoşulanlar arasında Madonnanın olması da diqqət çəkib. Məşhur müğənni özünün "Instagram" səhifəsinin hekayə bölümündə 20 yaşındaykən çəkilən fotolarını paylaşıb.

 

8

Ağdam rayonunun Qarapirimli kəndindən videogörüntülər

5
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 1977-ci il əhalinin siyaıya alınmasına görə, kəndinin əhalisi 400 nəfər olub.

Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülükdür.

 

5
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə sayılacaq

0
(Yenilənib 15:55 06.05.2021)
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilir. Qəhrəmanların həyatı ilə bağlı sənədlər, əşyalar da tarixi abidə hesab olunacaq.

BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

0