Bakı şəhərinə mənzərə, arxiv şəkli

Daşınmaz əmlak bazarında canlanma: qiymətlər niyə artır?

3020
(Yenilənib 17:50 04.05.2021)
"Vergilərlə bağlı yeni qaydalara müvafiq olaraq tikinti şirkətləri yeni layihələri də yeni qiymətlərlə bazara çıxarıblar. Artıq bazarda tələbatın artması ilə əlaqədar olaraq müxtəlif təkliflər, kampaniyalar var" - Elnur Azadov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Pandemiya uzun müddətdir ki, bir çox sahələrdə durğunluq yaratsa da, öncəki aylarla müqayisədə hazırda daşınmaz əmlak bazarında - alqı-satqıda canlanma müşahidə olunur.

Sputnik Azərbaycan daşınmaz əmlak bazarındakı son vəziyyəti araşdırıb.

Daşınmaz əmlak mütəxəssisi Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında mövcud durumu qiymətləndirib: "Son bir ildir ki, daşınmaz əmlak ehtiyaclarını həyata keçirə bilməyən müştərilərin bir qismi bu gün bazarda aktivlik nümayiş etdirir. Son bir ildə adətən sərt karantin rejimi aradan qaldırıldıqda daşınmaz əmlak sektorunda bir canlanma yaranırdı. Hazırda da belədir. Bir tərəfdən vaksinasiya, digər tərəfdən iqtisadi proseslərin bərpa olunması fonunda daşınmaz əmlak bazarında da canlanmanın olması gözlənilən idi".

Qiymət artımından danışan ekspert deyir ki, 2020-ci ildə tikinti şirkətləri üçün tətbiq edilən yeni vergi qaydaları da maya dəyərinə təsir etdi. İnşaat şirkətləri öncəki həcmdə inşaat işi apara bilmədi. İnşaatın həcminin azalması amili isə maya dəyərinə təsirsiz ötüşmədi. Beləcə, tikinti şirkətləri qiymətləri 12-17 faiz qaldırdı. Qiymətlərin qalxması həm birinci, həm də ikinci əl bazarına təsir etdi".

Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər>>

"Vergilərlə bağlı yeni qaydalara müvafiq olaraq tikinti şirkətləri yeni layihələri də yeni qiymətlərlə bazara çıxarıblar. Artıq bazarda tələbatın artması ilə əlaqədar olaraq müxtəlif təkliflər, kampaniyalar var. May ayından bir qədər qiymətlərdə artım gözlənilir, lakin faktiki olaraq bu, bazarda ciddi olaraq əksini tapmayacaq", - deyə o əlavə edib.

Ekspert regionlardakı vəziyyət və kirayə mənzil bazarından da söz açıb: "Yanvarda tədrisin bərpası ilə bağlı məlumat verildi və bundan sonra qısamüddətli tələbə axını müşahidə olundu ki, bu da kirayə mənzil bazarında da özünü göstərdi. Kirayə mənzillərin qiyməti qalxdı, bazarda müştərilər artdı, təkliflər azaldı. Regionlarda isə vəziyyət stabil olaraq qalır. Hər il bölgələrdə torpaq qiymətlərində artım olsa da, bu il o da gözə çarpmadı. Regionlarda alıcılıq qabiliyyəti zəifləyib".

"İldən-ilə tikinti şirkətlərinin sayı artır. 2005-2008-ci illərdə tikinti layihələrinin ən çox olduğu il kimi yadda qalıb. İl ərzində təxminən 100-dək yeni layihəyə start verilirdi. 2017-2019-cu illərdə də təxminən bu qədər layihə icra olunmağa başladı. Lakin bu il o qədər də artım olmayıb. İl ərzində 30-40 yeni layihəyə start verildi", - deyə o əlavə edib.

Qeyd edək ki, yerindən asılı olaraq Bakıda köhnə tikilidə olan 1 otaqlı evlərin qiyməti 35-165 min arasında dəyişilir. Yeni tikililərdə isə bu qiymət 225 min manatadək təşkil edir.

Sumqayıtda isə yeni tikililərdə birotaqlı mənzillərin qiyməti 34-65 min manat, köhnə tikililərdə isə 19-41 min manat arasında dəyişilir.  

3020
Teqlər:
kirayə, alqı-satqı, qiymət, artım, bazar, daşınmaz əmlak
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

0
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

0
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

0
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

0