Milli Məclis

Milli Məclisin iclası keçiriləcək

36
(Yenilənib 14:29 01.05.2021)
İclasın gündəliyinə 13 məsələ daxil edilib. Vergi və İnzibati Xətalar Məcəlləsinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İpoteka haqqında" və digər qanunlara dəyişikliklər ediləcək.

BAKI, 1 may — Sputnik. Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası mayın 4-də keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

-"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

-"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Arıçılıq haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

-"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Psixoloji yardım haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

-"Dənizçilərin şəxsiyyət sənədləri haqqında" 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi" ;

-"Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

- "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

-"Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

-Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

-Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

-"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

36
Selfi çəkən cütlük, arxiv şəkli

20yearschallenge trendinə qoşulan məşhurlar - gəncliyin FOTO-ları

8
(Yenilənib 15:03 06.05.2021)
Ötən gündən başlayan #20yearschallenge trendinə həm yerli məşhurlar, həm də dünyanın məşhur sənət adamları qoşulub.

BAKI, 6 may — Sputnik. Ötən gündən başlayan #20yearschallenge trendinə məşhurlar da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu axına qoşulanlar arasında Türkiyənin məşhur aktyoru Mehmet Günsür də var. 45 yaşlı aktyor 1997-ci ildə, 22 yaşında çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb. 85 mindən çox şərh yazanların içində komediya ustası Cem Yılmazın "Memo! Bu altı ay önce be kardeşim. Atma" rəyi insanların gülüşünə səbəb olub.

Cem Yılmaz da bu axına qoşunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cem Yılmaz (@cmylmz)

Bu trendə Türkiyənin məşhur aktrisası və müğənnisi Şevval Sam da qoşulub. Müğənni 1993-cü ildə çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevval Sam (@sevvalsam)

Sözügedən trendə qoşulanlar arasında Sərdar Ortac da var. O, "Instagram" hesabında gəncliyini xatırladıb. 

Axına müğənni Alişan da qoşulub. Tanınmış müğənni özünün 20 yaşındakı fotosunu paylaşıb. Müğənni 1996-cı ildə çəkdirdiyi "Aşık oldun" albomu üçün çəkdirdiyi fotosunu özünün media hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alişan (@alisanofficial)

 

Trendə qoşulanlar arasında Madonnanın olması da diqqət çəkib. Məşhur müğənni özünün "Instagram" səhifəsinin hekayə bölümündə 20 yaşındaykən çəkilən fotolarını paylaşıb.

 

8

Ağdam rayonunun Qarapirimli kəndindən videogörüntülər

5
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 1977-ci il əhalinin siyaıya alınmasına görə, kəndinin əhalisi 400 nəfər olub.

Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülükdür.

 

5
Xankəndi, arxiv şəkli.

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

9
(Yenilənib 16:08 06.05.2021)
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

9
Teqlər:
sülhməramlılar, Rusiya, Njde