İstirahət günü qış geri qayıdır - hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

19
(Yenilənib 13:11 01.05.2021)
Mayın 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var.

BAKI, 1 may - Sputnik. Azərbaycan ərazisində mayın 2-də gözlənilən hava şəraiti haqda proqnoz açılqnıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, əsasən şimal və  qərb rayonlarında dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz  9-14 dərəcə isti olacaq.

Xəbərdarlıq

Mayın 2-si gündüzədək Bakıda və Abşeron yarımadasında  arabir yağış yağacağı gözlənilir.  Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mayın 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir 15-20  m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti  bəzi insanlarda narahatlıq hissi yarada bilər.

19
Teqlər:
Azərbaycan, duman, qar, dolu, yağış, külək, hava proqnozu
Taliban hərəkatının üzvü, arxiv şəkli

"Taliban"a qoşulan azərbaycanlılar həbs edildilər - VİDEO

8
(Yenilənib 16:12 07.05.2021)
Onlar əvvəlcə İrana, oradan isə qeyri-leqal yollarla Pakistana keçib və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

BAKI, 7 may — Sputnik. Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Sputnik Azərbaycan-a DTX-dan daxil olan məlumatda bildirilir ki, araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olmuşdur.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiklərini bildirmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

8
Teqlər:
video, həbs, azərbaycanlılar, Pakistan, İran, "Taliban" hərəkatı
Teoloq hacı Adil Hüseynoğlu

Pandemiya İslam aləmində hansı fəsadlara yol açıb teoloq danışır

6
(Yenilənib 15:40 07.05.2021)
Teoloq Hacı Adil Hüseynoğlu deyir ki, bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır.
Hacı Adil Hüseynoğlu: “Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib”

“Pandemiya bütün dünya üçün olduğu kimi, İslam aləmi üçün də sınaq dövrüdür”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında teoloq Hacı Adil Hüseynoğlu deyib.

Teoloqun sözlərinə görə, müxtəlif dövrlərdə olduğu kimi Allah insanları pandemiya ilə sınağa çəkir: “Bu xəstəliklər insanların özünə qayıdışı üçün oyanış yaradır. Bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır. Pandemiya göstərdi ki, bütün texnologiyalar Allahın qüdrətinin qarşısında acizdir. Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib. Biz görürük ki, artıq kütləvi ibadət ənənələri uzun müddətdir ki, dayandırılıb. Bu da insanlar arasında öz mənfi təsirini qoyur”.

Hacı Adil Hüseynoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

6