Bu il xaricilər yoxdur, bəlkə, özümüz cəhd edək? - May tətilində hara sərfəlidir?

200
(Yenilənib 13:04 01.05.2021)
"Bu bayramda heç bir qiymət artımı olmur. Bir sözlə, bu bayramın iqtisadiyyata heç bir faydası olmur. Yalnız Ramazandan sonra biz kafe-restoranlarda canlanmaları görə bilərik" - ELnur Fərzəliyev.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Ramazan bayramı ilə əlaqədar may ayında bir həftəlik tətil günləri şəhər əhlini rayonlara üz tutmağa sövq edir. Elə bu səbəbdən də öncəki aylar, günlərlə müqayisədə bölgələrdə kirayə mənzil bazarında, müəyyən qədər də olsa, canlanma müşahidə edilir.

Sputnik Azərbaycan bölgələrdəki vəziyyəti araşdırmağa çalışıb.

Ən turistik məkanlardan biri olan İsmayıllıQəbələdə bir günlük kirayə evlərin qiyməti 60-350 manat arasında dəyişilir. Quba-Qusar bölgəsində isə qiymətlər 60-230 manat arasında dəyişilir. Qax-Zaqatala, Balakəndə bir günlük kirayə evlərin qiyməti 35-300 manatdır.

Hotellərə gəldikdə isə qiymətlər bir qədər də qalxır. Belə ki, Qəbələdə 3 ulduzlu hotellərin qiyməti 97 manatdan başlayır. 5 ulduzlu hotellərin qiyməti isə bir o qədər də yüksək deyil. Belə ki, bu hotellərdə qiymətlər 100-180 manat arasında dəyişilir. Qaxda isə 3 və 5 ulduzlu hotellərin qiyməti 60-160 manat arasında dəyişir. Qubada isə birgünlük qiymətlər 60-130 manat arasında dəyişir.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bayram olsa da bununla əlaqədar olaraq kirayə mənzil bazarında elə bir canlanma yoxdur:

"Pandemiyadan öncəki dövrlərdə bayram ərəfələrində Azərbaycana ən çox kənardan gəlirdilər. Xüsusən də Cənubi Azərbaycandan axın olurdu. Lakin artıq iki ildir ki, bu sahə tamamilə tükənib".

E.Fərzəliyev deyir ki, digər bayramlarla müqayisədə Ramazan bayramı ərəfəsində insanlar hotelə, gəzintiyə bir o qədər də zaman ayırmırlar: "Bu bayramda özü Bakıda yaşayan, ata-anası rayonlarda qalanlar öz bölgələrinə axın edirlər. Yəni bunun da kirayə evlərə, hotellərə heç bir təsiri olmur. İnsanlar bu bayramlarda dincəlmir, maksimum qohumları, yaxınları ilə birgə zaman keçirirlər".

O, kirayə mənzil bazarında qiymətlərdə artım olmadığını deyir: "Digər bayramlarda, hətta pandemiya dövründə də kirayə mənzil, hotellərdə qiymət artımı olur. Lakin bu bayramda heç bir qiymət artımı olmur. Bir sözlə, bu bayramın iqtisadiyyata heç bir faydası olmur. Yalnız Ramazandan sonra biz kafe-restoranlarda canlanmaları görə bilərik".

E.Fərzəliyev bildirir ki, Bakıda turistik hesab edilən ərazilərdə də belə bir canlanma müşahidə edilmir: "Bu dini bayramda insanlar içki, kef məclislərindən uzaq dururlar".

200
Teqlər:
qiymətlər, kirayə ev, otel, bölgə, may, tətil, Ramazan bayramı
Selfi çəkən cütlük, arxiv şəkli

20yearschallenge trendinə qoşulan məşhurlar - gəncliyin FOTO-ları

8
(Yenilənib 15:03 06.05.2021)
Ötən gündən başlayan #20yearschallenge trendinə həm yerli məşhurlar, həm də dünyanın məşhur sənət adamları qoşulub.

BAKI, 6 may — Sputnik. Ötən gündən başlayan #20yearschallenge trendinə məşhurlar da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu axına qoşulanlar arasında Türkiyənin məşhur aktyoru Mehmet Günsür də var. 45 yaşlı aktyor 1997-ci ildə, 22 yaşında çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb. 85 mindən çox şərh yazanların içində komediya ustası Cem Yılmazın "Memo! Bu altı ay önce be kardeşim. Atma" rəyi insanların gülüşünə səbəb olub.

Cem Yılmaz da bu axına qoşunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cem Yılmaz (@cmylmz)

Bu trendə Türkiyənin məşhur aktrisası və müğənnisi Şevval Sam da qoşulub. Müğənni 1993-cü ildə çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevval Sam (@sevvalsam)

Sözügedən trendə qoşulanlar arasında Sərdar Ortac da var. O, "Instagram" hesabında gəncliyini xatırladıb. 

Axına müğənni Alişan da qoşulub. Tanınmış müğənni özünün 20 yaşındakı fotosunu paylaşıb. Müğənni 1996-cı ildə çəkdirdiyi "Aşık oldun" albomu üçün çəkdirdiyi fotosunu özünün media hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alişan (@alisanofficial)

 

Trendə qoşulanlar arasında Madonnanın olması da diqqət çəkib. Məşhur müğənni özünün "Instagram" səhifəsinin hekayə bölümündə 20 yaşındaykən çəkilən fotolarını paylaşıb.

 

8

Ağdam rayonunun Qarapirimli kəndindən videogörüntülər

5
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 1977-ci il əhalinin siyaıya alınmasına görə, kəndinin əhalisi 400 nəfər olub.

Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülükdür.

 

5
Xəzər dənizinin sahilində ölü suiti, arxiv şəkli

Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

0
(Yenilənib 16:19 06.05.2021)
Son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub.

BAKI, 6 may — Sputnik. İki gün ərzində alimlər Xəzər dənizi sahilində 150-dən çox suiti cəsədi aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hələ ki, Xəzər suitilərinin kütləvi qırılmasının səbəbləri məlum deyil.

"Birinci gün təqribən 30 ölü suiti aşkar edilib. Onlar əsasən cavan fərdlər idi və onların da əksəriyyəti dərisiz idi. İkinci gün isə biz başqa mənzərənin şahidi olduq, daha 125 suiti cəsədi aşkar etdik. Onların arasında yaşlı heyvanlar da var. Dəhşətli mənzərədir, hər 50-100 metrdən bir heyvan cəsədi var", - deyə "Dəniz məməliləri" elmi-ekspedisiya mərkəzinin təbiəti mühafizə layihələrinin əlaqələndiricisi Viktor Nikiforov bildirib.

Onun sözlərinə görə, hazırda heyvanların ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.

"Balıqçılıq, iqlimin çirklənməsi və başqa səbəblər ola bilər. Hazırda ən vacib məsələ suiti populyasiyasının ilboyu monitorinqinin təşkilidir və biz də, tərəfdaşlarımız da buna çalışırıq", - deyə Nikiforov vurğulayıb.

Əlaqələndirici onu da deyib ki, vəziyyət elə miqyas alıb ki, ölən heyvanların sayı arta da bilər, lakin bunu dəqiq demək olmaz.

2020-ci ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 300-dən çox ölü suitinin aşkar olunduğu barədə xəbər yayılıb. Alimlərin qənaətinə görə, heyvanların qırılmasının əsas səbəbi təbii təbiət amilləri olub.

Qeyd edək ki, son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub. 2016-cı ilin noyabrında Xəzər dənizində baş verən uzun sürən davamlı fırtınalardan sonra Dağıstan sahillərində suiti cəsədləri aşkar olunub. Həmin hadisə zamanı müxtəlif yaşlı 300 suiti cəsədi aşkar olunub. Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi o zaman da müəyyən olunmayıb.

Xəzər suitisi (Pusa caspica Gmelin) Xəzər dənizində yaşayan yeganə məməlidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox olub. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub.

 

0