Qadın bankomatdan pul çıxarır, arxiv şəkli

"Kim ikimərtəbəli, super təmirli evdə yaşayırsa, ona ünvanlı sosial yardım düşməyəcək"

94
(Yenilənib 18:23 30.04.2021)
"Ünvanlı sosial müdafiəyə görə ən çox imtinaya səbəb olan amillərdən biri də budur ki, şəxs müraciətdə qeyd etdiyi ünvanda yaşamır" - Səfər Mehdiyev.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Bəzi vətəndaşlar iddia edir ki, adlarına sayğac olmadığından onlara ünvanlı sosial yardımın verilməsindən imtina edilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev bu gün canlı yayımda bu məsələyə aydınlıq gətirib. O bildirib ki, şəxsin adına sayğacın olmaması ünvanlı sosial müdafiəyə görə vəsaitin verilməsində imtinaya səbəb ola bilməz:

"Ünvanlı sosial yardım almaq üçün sayğacın vətəndaşın adına olması şərt deyil. Lakin bir nüansı da diqqətdən qaçırmayaq. Ünvanlı sosial müdafiəyə görə ən çox imtinaya səbəb olan amillərdən biri də budur ki, şəxs müraciətdə qeyd etdiyi ünvanda yaşamır".

"Bu cür müraciətlərlə əlaqədar olaraq əməkdaşlarımız müraciət edən şəxsin ünvanına gedirlər və onu yerində tapa bilmirlər. Çünki şəxs başqa ünvanda yaşayır və bilərəkdən müraciətində başqa bir ünvan göstərir ki, gözləyir ki nə zaman maddi-məişət durumunu yoxlamaq üçün araşdırmaçı qrup gələndə həmin ünvana getsin. Təbii ki, şəxs ikimərtəbəli, super təmirli evdə yaşayırsa, ona ünvanlı sosial yardım düşməyəcək", - deyə o əlavə edib.

 

94
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

4
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

4
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

4
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

4