Gənclər və İdman naziri Azad Rəhimov

Azad Rəhimov haradadır? - YENİLƏNİB

94
(Yenilənib 23:27 29.04.2021)
Ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı. 

BAKI, 29 aprel - Sputnik.Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova nazir Azad Rəhimovun Bakıya gətirilməsi xəbərini təkzib edib.

"Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yalnışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır", - mətbuat katibi sosial şəbəkədə yazıb.

 

--------

21:47

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Qeyd olunur ki, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə lent.az-a açıqlamasında bildirib ki, nazirin vəziyyəti ağırdır: "Ailəsindən aldığım son məlumata görə, Azad müəllimin vəziyyəti ağır olaraq qalır".  

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı. 

 

94
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

2
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

2

Bir zamanlar Avropada delikates hesab edilən qulançar

9
(Yenilənib 17:08 07.05.2021)
Qazax rayon sakini Allahverdi Musayev hər il yaz aylarında mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır - daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

Qazax rayon sakini Allahverdi Musayev müsahibəsində bildirib ki, mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır. Bu bitkini  toplamaq çətin olsa da, Allahverdi səbir və həvəslə qulançarları yığıb çöl şəraitində bişirməyə üstünlük verir.

Orta əsrlərdə qulançar çox faydalı olması və çətin tapılması səbəbindən Avropada delikates hesab edilib və “Kral yeməyi” adlandırılıb.

 

9