“ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev

Prezident Hafiz Paşayevi ordenlə təltif etdi

19
Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hafiz Mir Cəlal oğlu Paşayev ordenlə təltif edilib.

BAKI, 29 aprel — Sputnik. Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hafiz Mir Cəlal oğlu Paşayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

19
Taliban hərəkatının üzvü, arxiv şəkli

"Taliban"a qoşulan azərbaycanlılar həbs edildilər - VİDEO

8
(Yenilənib 16:12 07.05.2021)
Onlar əvvəlcə İrana, oradan isə qeyri-leqal yollarla Pakistana keçib və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

BAKI, 7 may — Sputnik. Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Sputnik Azərbaycan-a DTX-dan daxil olan məlumatda bildirilir ki, araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olmuşdur.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiklərini bildirmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

8
Teqlər:
video, həbs, azərbaycanlılar, Pakistan, İran, "Taliban" hərəkatı
Teoloq hacı Adil Hüseynoğlu

Pandemiya İslam aləmində hansı fəsadlara yol açıb teoloq danışır

5
(Yenilənib 15:40 07.05.2021)
Teoloq Hacı Adil Hüseynoğlu deyir ki, bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır.
Hacı Adil Hüseynoğlu: “Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib”

“Pandemiya bütün dünya üçün olduğu kimi, İslam aləmi üçün də sınaq dövrüdür”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında teoloq Hacı Adil Hüseynoğlu deyib.

Teoloqun sözlərinə görə, müxtəlif dövrlərdə olduğu kimi Allah insanları pandemiya ilə sınağa çəkir: “Bu xəstəliklər insanların özünə qayıdışı üçün oyanış yaradır. Bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır. Pandemiya göstərdi ki, bütün texnologiyalar Allahın qüdrətinin qarşısında acizdir. Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib. Biz görürük ki, artıq kütləvi ibadət ənənələri uzun müddətdir ki, dayandırılıb. Bu da insanlar arasında öz mənfi təsirini qoyur”.

Hacı Adil Hüseynoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5