Qoca kişi əlləri, arxiv şəkli

Prezidentin yeni sərəncamı 6083 nəfərə şamil olunacaq

16
(Yenilənib 17:16 29.04.2021)
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

BAKI, 29 aprel — Sputnik. 1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sərəncama əsasən, həmçinin, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncam ümumilikdə 6083 nəfərə şamil olunacaq. Onlardan 181 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı, qalanları İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş, habelə sənəddə nəzərdə tutulan digər şəxslərdir. Birdəfəlik maddi yardımların ödənilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın yüksək səviyyədə icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 29 aprel 2021-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşlara göstərilən yüksək diqqət və qayğının növbəti nümunəsidir.

16
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

9
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

9
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

5
(Yenilənib 20:11 17.05.2021)
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

5
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq
 Erməni hərbçisi, arxiv şəkli

Ermənistan KTM-də nəzərdə tutulan cavab prosesini aktivləşdirir

0
"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər""Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər"

 

BAKI, 17 may — Sputnik. Sünikdə (Qaragöl) yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan tərəfi kollektiv təhlükəsizlik müqaviləsi və Rusiya ilə strateji sistemində nəzərdə tutulmuş prosedurları aktivləşdirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan ölkəsinin təhlükəsizlik şurasının iclasında deyib.

"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər", - deyə Paşinyanın "Facebook"-da paylaşdığı mətndə deyilir.

Onun sözlərinə görə, ötən bazar günü danışıqlar gecə saatlarınadək çəkib və çərşənbə günü də davam etdiriləcək.

"Nə qədər ki, Azərbaycan hərbi qüvvələri Ermənistan ərazisini tərk etməyiblər, biz yaranmış situasiyanı böhranlı, sabitliyə, suverenliyə və Ermənistanın KTMT nizamnaməsi, müqavilənin özü, böhran vəziyyətlərinə cavab reaksiyası tədbirlərində nəzərdə tutulmuş ərazi bütövlüyünə qarşı təhlükəli vəziyyət kimi dəyərləndiririk. Hələ ki, bizim qarşımızda duran legitim məsələ həll olunmayıb, bu mexanizmlər işə salınmalıdır", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

Fransanın vasitəçilikdən uzaqlaşdırılması ilə bağlı mövqe nümayiş etdirməliyik - TƏKLİF

0
Teqlər:
KTMT, Nikol Paşinyan, Zəngəzur, Ermənistan