Bakı karantinin yumşaldılmasından sonra

Həmyerlimizın restoranı ABŞ-da 22 ən yaxşı iaşə müəssisəsindən biri seçilib

388
(Yenilənib 17:07 29.04.2021)
Məqalədə Azərbaycan mətbəxinin digər dadlı şirniyyatlarından da bəhs edilir: "Diplomat deyir ki, xaricdən layları görünən, daxilində isə cirə, qara bibər və zirə vurulan balaca çörək şəkilli şorqogal ona vətənini daha çox xatırladır".

BAKI, 29 aprel — Sputnik. Vaşinqtonda yerləşən Azərbaycan restoranı "Sharbat Bakery" çətin pandemiya dövründə ABŞ-da açılmış 22 ən yaxşı iaşə müəssisəsindən biri seçilib.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur restoran tənqidçisi Tom Sietsema tərəfindən hazırlanmış bu reytinqi "The Washington Post" nəşri dərc edib.

"Bu gənc çörək sexinin yüksək vəzifəli dostları var. Hətta Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov özü "Sharbat Bakery"yə hər həftə bir neçə dəfə getdiyini deyir. Onu cəzb edən şirniyyatlardan biri də paxlavadır. Bu qənnadı məmulatının forması, xəfif xəmir layları və nisbətən zərif şirinliyi onu digər xarici rəqiblərdən fərqləndirir. Səfir zarafatla deyir: "Regionumuzda üç epik mübahisəmiz var: kim hamıdan yaxşı çay, dolma və paxlava hazırlayır", – qəzet yazır.

Məqalədə Azərbaycan mətbəxinin digər dadlı şirniyyatlarından da bəhs edilir: "Diplomat deyir ki, xaricdən layları görünən, daxilində isə cirə, qara bibər və zirə vurulan balaca çörək şəkilli şorqoğal ona vətənini daha çox xatırladır. Həm Elin Süleymanov, həm də "Sharbat Bakery"nin sahibi İlhamə Səfərova Azərbaycanın paytaxtı və ən böyük şəhəri Bakıdan gəliblər – bu şəhərdə şorqoğal Novruzun əsas simvollarından biridir. Üzərinə vurulmuş yumurta sarısına və xaşxaş toxumlarına görə parlayan və çil-çil görünən şorqoğal "bütün ləzzət hisslərinizi oyadacaq".

388
Teqlər:
restoran, azərbaycanlı, ABŞ
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

6
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

6
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

5
(Yenilənib 20:11 17.05.2021)
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

5
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq