Yaşayış kompleksi, arxiv şəkli

"JEK"lər istəyir, bələdiyyələr - Vətəndaşlar pulu kimə verməlidir?

1616
(Yenilənib 14:09 29.04.2021)
"Amma bu günədək MKİS-lər nağd vəsaitin hesabatını vermirlər. Bilinmir ki, sakinlərdən alınan bu rüsum hara xərclənir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Artıq bir müddətdir ki, paytaxt sakinləri iki fərqli qurumun onlardan əmlak vergisi tələb etdiyindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, həm Mənzil-Kommunal İstismar Sahələri (MKİS), həmçinin də bələdiyyələr tərəfindən onlara borc bildirişi gəlir. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 27 ünvanındakı yaşayış binasındakı mənzillərin də hər birinə Mənzil İstismar Sahəsi (MKİS) tərəfindən əmlak vergisinin ödənilməsi ilə bağlı bildiriş gəlib. Sakinlər az keçməyib ki, eyni bildirişi ərazi üzrə bələdiyyədən də alıblar. Belə halda sakinlər əmlak vergisini hansı quruma ödəməli olduqlarını bilmədiklərini söyləyirlər.

Sputnik Azərbaycan vətəndaşların qanunvericiliklə əmlak vergisini hansı quruma ödəməli olduqlarını araşdırıb.

Yasamal bələdiyyəsinin keçmiş vergi şöbəsinin müdir müavini Vüqar Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə vətəndaşlar MKİS-lərlə bələdiyyələrin arasında qalıb. V.Atakişiyev deyir ki, bələdiyyənin topladığı vergi əmlak vergisidir. MKİS-lər isə ancaq ev pulu və məişət tullantısına görə ödəniş tələb edə bilərlər. Həmsöhbətimiz deyir ki, əmlak vergisi MKİS-lərə yox, ərazi üzrə bələdiyyəyə ödəməlidir: "Sadəcə olaraq bina MKİS-in balansında olduğu üçün binanın saxlanılması üçün sakinlərdən çox cüzi məbləğdə ödəniş tələb olunur".

Bələdiyyə üzrə ekspert Vüqar Tofiqli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyələrin sakinlərdən tələb etdiyi əmlak vergisi qanunvericiliklə müəyyən edilmiş normadır. Onun sözlərinə görə, qanunla bələdiyyənin maliyyə istiqamətlərindən biri də, əmlak vergisinin toplanılmasıdır: "Vətəndaş necə işlətdiyi elektrik enerjisinə, suya görə ödəniş edirsə, əmlak vergisini də elə ödəməlidir. Onun əmsalları normativ hüquqi sənədlərdə öz əksini tapıb. Vətəndaşın vəzifəsi odur ki, həmin bildirişə görə vergini ödəsin. Əks halda, onun üzərinə faiz gəlir. İkinci məqam vətəndaşlardan MKİS-lər tərəfindən tələb olunan mənzil haqqıdır. Bu rüsumun yığılması MKİS-lər tərəfindən həyat keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Amma maraqlı məqam ondadır ki, MKİS-lər o vergiləri nağd şəkildə toplayırlar. 2014-cü ildə yerli vergilərin nağdsız yığılması prezidentin sərəncamı ilə qadağan olunub. Amma bu günədək MKİS-lər nağd vəsaitin hesabatını vermirlər. Bilinmir ki, sakinlərdən alınan bu rüsum hara xərclənir. Bələdiyyələr yarım ildən bir hesabat verirlər. Amma MKİS-lər bunu etmirlər".

V.Tofiqli deyir ki, Bakı şəhərində 206 MKİS var. Onlar rayon icra hakimiyyətlərinin tərkibindəki Mənzil-Kommunal Təsərrüfat Birliklərinə tabedirlər. Bu qurumlar isə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil İstismar Təsərrüfat Departamentindən isə telefonun dəstəyini qaldıran olmadı.

Qeyd edək ki, yeni yaşayış binalarında yaşayanlar isə yaşayış sahəsinə görə üç fərqli quruma ödəniş edirlər. Özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay mənzil-tikinti kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olur. V.Tofiqli deyir ki, yeni binalarda özəl mülkiyyətə sahib olan vətəndaşlar da qanunvericiliyə əsasən bələdiyyələrə olan əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib. Əslində, sözügedən binalarda yaşayan sakinlər özləri "mənzil müştərək cəmiyyəti" yaratmalı və binanın idarəedilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir", - deyə V.Tofiqli bildirir.

Sakinlərin narazılığına səbəb olan əsas məsələlərdən biri isə onlardan tələb edilən əmlak vergisinin fonunda nə MİS-lərin, nə də ki, bələdiyyələrin heç bir xidmət göstərməməsidir. Danılmaz faktdır ki, bu gün nə MİS-lər pilləkəni dağılmış binaları təmir edir, nə də ki, bələdiyyələr dağılmış yollara asfalt tökür.

1616
Bakıda təcili yardım avtomobili

Xuliqan qadının gözü qarşısında övladını öldürdü - Azərbaycanda

3
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 17 may — Sputnik. 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Tərtər rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb.

Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eləcə də oxuyun:

* İki bacıdan mənfur əməl: tanınmamaq üçün hicab taxdılar - FOTO

* Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

* Şirvanda adam oğurlayan şəxslər saxlanılıb

 

3
Teqlər:
Tərtər, Gəncə, cinayət işi, ölüm, azyaşlı, qadın, xuliqan, qətl
Bakubus avtobusu, arxiv şəkli

Paytaxt marşrutlarının 50 faizi yenilənib

4
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir.

BAKI, 17 may — Sputnik. Bakıda sərnişindaşımada fəaliyyət göstərən marşrut xətlərindəki avtobusların 50 faizi yenilənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir: "Yenilənən avtobusların 74 faizi daha ekoloji təmiz olan sıxılmış qazla işləyir".

Qeyd edək ki, mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edilir. Belə ki, 17.05.2021-ci il tarixində 29 və 81, 18.05.2021-ci il tarixində 71 və 83, 19.05.2021-ci il tarixində 53 və 66, 20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bununla da "BakıKart" sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.

M8 ekspress marşrut xətti (Maştağa qəsəbəsi - "Gənclik" metro stansiyası)isə bu gün adi rejimə keçirib. Marşrutda gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.

Eləcə də oxuyun:

Bakı-Xırdalan-Sumqayıt qatarında sıxlığın səbəbi açıqlandı

* Səlahiyyətsiz sürücülər və qanunçul BNA - Sonda əzab çəkən yenə sərnişin olur

4
Teqlər:
yenilənmə, marşrut, Bakı, lüks avtobus, avtobus