Dayanacaq

Avtobusların şənbə-bazar 20:00-dək işləməsi təklifi niyə keçmədi?

467
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyir ki, bu məsələ NK yanında Operativ Qərargahın qərarı ilə tənzimlənir.

BAKI, 28 aprel — Sputnik. Şənbə-bazar günlərində paytaxtda ictimai nəqliyyatın işləməməsi onların fəaliyyətinə ciddi təsir göstərir. Amma bu NK yanında Operativ Qərargahın qərarı ilə tənzimlənir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında  Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib. Onun sözlərinə görə, ictimai nəqliyyatın saat 20:00-a kimi işləməsi təklifi keçərli deyil. Avtobuslar gün ərzində işləməlidir, yoxsa məhdud saatlarda işləməsi ciddi sıxlıq yarada bilər.

467
Teqlər:
səbəb, qadağa, istirahət günləri, avtobus
Çay, arxiv şəkli

Qubada faciə: çaya düşən iki qardaşdan biri boğuldu

2
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik. Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

2
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba
Bakıda təcili yardım avtomobili

Xuliqan qadının gözü qarşısında övladını öldürdü - Azərbaycanda

3
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 17 may — Sputnik. 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Tərtər rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb.

Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eləcə də oxuyun:

* İki bacıdan mənfur əməl: tanınmamaq üçün hicab taxdılar - FOTO

* Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

* Şirvanda adam oğurlayan şəxslər saxlanılıb

 

3
Teqlər:
Tərtər, Gəncə, cinayət işi, ölüm, azyaşlı, qadın, xuliqan, qətl