Dayanma-durmaya qaydaları pozan avtomobillər

BNA rəhbəri "parkovşik"lərdən şikayətləndi: "Himayədarları var"

13
Vüsal Kərimovun sözlərinə görə, hazırda Bakıda müxtəlif küçələrdə sürücülərdən vəsait yığan “parkovşik”lərin BNA-ya aidiyyatı yoxdur.

BAKI, 28 aprel — Sputnik. Küçədə duran “parkovşik”lərin arxasında duran himayədarlar var. Onlar bizim fəaliyyətimizə mane olurlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında  Bakı Nəqliyyat Agentliyinin ( BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib. Onun sözlərinə görə, hazırda Bakıda müxtəlif küçələrdə sürücülərdən vəsait yığan “parkovşik”lərin BNA-ya aidiyyatı yoxdur: "Parkinqin məqsədi ictimai nəqliyyatın inkişafı üçündür. Küçədə parkinqlərdən yığılan pullar BNA-ya daxil olmur. O parkinqlərin bizimlə yaxından-uzaqdan əlaqəsi yoxdur".

13
Teqlər:
parklama, BNA
Vaşinqtonda Kapitoliy qarşısında ABŞ bayraqları, arxiv şəkli

"ABŞ Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidir"

2
(Yenilənib 20:35 17.05.2021)
Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid Şəfiyev bildirib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub:

"Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər.

İlk olaraq qeyd edilməlidir ki, Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini - Naxçıvanda Kərki kəndini və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla ümumilikdə 7 kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan anlamalıdır ki, iki ölkə arasında 30 ilə yaxın işğal altında qalmış sərhəd mövcuddur və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib.

Üçüncüsü, delimitasiya iki ölkənin ərazi bütövlüyünü hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistan siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur. Dördüncüsü, beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər.

Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız "parçala, hökmranlıq et" imperialist tezisi əsasında region idarə etmək istəyən qüvvələrə xidmət edir.

Azərbaycan ötən ilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq".

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

 

2
Teqlər:
Fransa, Ermənistan, ABŞ, Qarabağ, Azərbaycan, Zəngəzur
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

10
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

10
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi