CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mayın 3-də Azərbaycan əhalisi üçün də sevindirici olan hadisə baş verəcək

© AP PhotoВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Marqaret Harris: "Bu iki peyvənd haqqında məlumatlar gözlədiyimizdən daha yavaş gəlir və daha çox məlumatlara ehtiyacımız var".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Azərbaycanda tətbiq olunan Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndi Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus əleyhinə penvəndlərlə bağlı təcili istifadə siyahısına salınacaq. Bu barədə Sputnik Azərbaycan-a etibarlı mənbələrdən məlumat verilib. Mənbənin verdiyi məlumata görə, ÜST "CoronaVac" vaksinini may ayının 3-də təsdiqləyəcək.

Qeyd edək ki, "Sinovac" şirkətinin "CoronaVac" peyvəndindən dünyanın 50-dən çox ölkəsində istifadə edilir. Məlumat üçün bildirək ki, koronavirus əleyhinə penvəndlərlə bağlı ÜST-ün təcili istifadə siyahısı var. Həmin siyahıda koronavirus əleyhinə Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin adı yoxdur. "Pfizer/BioNTech COVID-19" peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının təcili istifadə üçün təsdiq etdiyi ilk peyvənd olub. Fevralın 15-də "AstraZeneca/Oxford COVID-19" peyvəndi ÜST tərəfindən təsdiq olunaraq təcili istifadə siyahısına daxil edilib və bununla da COVAX vasitəsi ilə bu peyvəndin qlobal səviyyədə paylanması üçün yaşıl işıq yandırılıb. Amma "CoronaVac" peyvəndi ÜST-ün təcili istifadə siyasında hələ ki, yer almayıb.

Xatırladaq ki, bir müddət öncə ÜST-ün sözçüsü Marqaret Harris açıqlamasında bildirib ki, aprelin sonunda Çində istehsal olunan "Sinovac" və "Sinopharm" peyvəndlərinin sınağından sonra onun təcili istifadəsini təsdiqləyə biləcəklər. O, bunu belə əsaslandırıb: "Bu iki peyvənd haqqında məlumatlar gözlədiyimizdən daha yavaş gəlir və daha çox məlumatlara ehtiyacımız var". Harris, "məxfilik" səbəbi ilə bu mövzuda başqa bir şərh edə bilməyəcəyini söyləyib.

Xəbər lenti
0