Azərbaycan Respublikasının Baş Prokurorluğu

Tatarıstanda törədilən cinayətin istintaqını Ucar rayon prokurorluğu aparacaq

10
(Yenilənib 13:34 27.04.2021)
Hazırda Ucar rayonu Qardağlı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKI, 27 aprel — Sputnik. 25.10.2015-ci tarixdə Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölüm faktı üzrə başlanan və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Ucar rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, 26.04.2021-ci il tarixdə Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Hazırda 09.01.1965-ci il tarixdə Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

10
Selfi çəkən cütlük, arxiv şəkli

20yearschallenge trendinə qoşulan məşhurlar - gəncliyin FOTO-ları

8
(Yenilənib 15:03 06.05.2021)
Ötən gündən başlayan #20yearschallenge trendinə həm yerli məşhurlar, həm də dünyanın məşhur sənət adamları qoşulub.

BAKI, 6 may — Sputnik. Ötən gündən başlayan #20yearschallenge trendinə məşhurlar da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu axına qoşulanlar arasında Türkiyənin məşhur aktyoru Mehmet Günsür də var. 45 yaşlı aktyor 1997-ci ildə, 22 yaşında çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb. 85 mindən çox şərh yazanların içində komediya ustası Cem Yılmazın "Memo! Bu altı ay önce be kardeşim. Atma" rəyi insanların gülüşünə səbəb olub.

Cem Yılmaz da bu axına qoşunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cem Yılmaz (@cmylmz)

Bu trendə Türkiyənin məşhur aktrisası və müğənnisi Şevval Sam da qoşulub. Müğənni 1993-cü ildə çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevval Sam (@sevvalsam)

Sözügedən trendə qoşulanlar arasında Sərdar Ortac da var. O, "Instagram" hesabında gəncliyini xatırladıb. 

Axına müğənni Alişan da qoşulub. Tanınmış müğənni özünün 20 yaşındakı fotosunu paylaşıb. Müğənni 1996-cı ildə çəkdirdiyi "Aşık oldun" albomu üçün çəkdirdiyi fotosunu özünün media hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alişan (@alisanofficial)

 

Trendə qoşulanlar arasında Madonnanın olması da diqqət çəkib. Məşhur müğənni özünün "Instagram" səhifəsinin hekayə bölümündə 20 yaşındaykən çəkilən fotolarını paylaşıb.

 

8

Ağdam rayonunun Qarapirimli kəndindən videogörüntülər

5
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 1977-ci il əhalinin siyaıya alınmasına görə, kəndinin əhalisi 400 nəfər olub.

Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülükdür.

 

5
Əkin sahəsini suvarılması, arxiv şəkli

Prezident Meliorasiya Su Təsərrüfatı ASC-yə vəsait ayırdı

0
(Yenilənib 15:42 06.05.2021)
Prezident İlham Əliyevin sərəncamı əsasında 26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı da açıqlanıb.

BAKI, 6 may — Sputnik. Prezident İlham Əliyev bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz:

https://azertag.az/xeber/Bir_sira_seher_ve_rayonlarda_ekin_sahelerinin_suvarma_suyu_ile_teminatinin_yaxsilasdirilmasina_ve_ehalinin_ichmeli_suya_telebatinin_odenilmesine_dair_elave_tedbirler_haqqinda__Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1774821

0