Xalq artisti Arif Quliyev

Arif Quliyevin vəziyyəti ağırlaşdı

1441
Rövşən Quliyev: "Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir".

BAKI, 26 aprel — Sputnik. Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə APA-ya onun oğlu Rövşən Quliyev bildirib.

O, atasının iki gün əvvəl "Yeni klinika"ya yerləşdirildiyini deyib: "Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir".

1441
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

3
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

 

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

3
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq
Çay, arxiv şəkli

Qubada faciə: çaya düşən iki qardaşdan biri boğuldu

4
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik. Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

4
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba