AMEA-nın binası, arxiv şəkli

Azərbaycan tarixçilərindən Baydenə etiraz: "Heç bir tarixi, hüquqi siyasi əsası yoxdur"

19
(Yenilənib 12:59 25.04.2021)
"1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr tarixin predmetidir. Tarixi faktlar da, burada heç bir soyqırımı aktı baş vermədiyini təsdiq edir".

BAKI, 25 aprel - Sputnik. AMEA Tarix institutu ABŞ prezidenti tərəfindən 1915-ci il hadislərinin "erməni soyqırımı" kimi adlandırılmasını qəti şəkildə qınayır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qurumun bəyanatında qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində-İkinci Qarabağ müharibəsində tarixi qələbə, bu dövrdə Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi, iki ölkə arasındakı münasibətlərin yeni üfüqləri regionda və dünyada onların rolunu daha da artırdı. Azərbaycan tərəfindən Ermənistanın kapitulyasiyası isə ermənilərin və ermənipərəst qüvvələrin anti-Azərbaycan və anti-Türkiyə platformasında konsolidasiyasını gücləndirdi. Bu proses qondarma "erməni soyqırımı" vasitəsilə Türkiyəyə təziyiqin artırılmasına yeni vüsət verdi.

ABŞ prezidenti 24 aprel münasibətilə çıxışında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi adlandırdı. Bu aktın heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur, bu, siyasiləşdirilmiş bir məsələdir. Belə olmasaydı, ermənilərin Birinci dünya müharibəsinin gedişi zamanı və ondan sonrakı dövrdə istər Türkiyədə, istərsə də Azərbaycanda törətdikləri soyqırımı, xüsusilə 1992-ci ildə Xocalıda törədilmiş  soyqırımı birmənalı şəkildə tanınardı.

Digər tərəfdən, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr tarixin predmetidir. Tarixi faktlar da, burada heç bir soyqırımı aktı baş vermədiyini təsdiq edir.

Bu zamana qədər AMEA Tarix institutunun tarixçiləri türkiyəli həmkarları ilə birlikdə, 1915-ci il hadisələri üzrə həqiqətlərin ortaya çıxarılması və dünya ictimaiyyətinə çatdırlması üzrə ortaq tədqiqatlar aparmışdır. Azərbaycan tarixçiləri faktlara əsaslanaraq, 1915-ci ildə Osmanlı dövlətində "erməni soyqırımı" olması haqqındakı bütün iddiaları rədd edir. Bundan sonra da həmin hadisələrə dair həqiqətlərin araşdırılması sahəsində türkiyəli həmkarlarının yanındadır.

ABŞ prezidentinin bu bəyanatı tarixi reallığı inkar edə bilməz, əksinə Azərbaycan və Türkiyə tarixçilərinin  bu sahədə əməkdaşlığına yeni stimul verərək, qondarma "erməni soyqırımı" haqqında siyasiləşmiş qərarların ləğv olunmasınadək davam edəcəkdir. Məsələnin tarixin prioriteti olması nəzərə alınaraq, AMEA Tarix institutunun Elmi şurası xüsusi müzakirə keçirəcək və onun nəticələrinə əsasən bəyanatla çıxış edəcək.

19
Teqlər:
etiraz, qondarma "erməni soyqırımı", Co Bayden, bəyanat, AMEA Tarix institutu

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9