Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində

Prezident xanımı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoydular - FOTO

139
(Yenilənib 17:04 22.04.2021)
Konsepsiyaya görə, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçiləcək. Sərgi zalı və kafe də olacaq.

BAKI, 22 aprel — Sputnik. Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində

Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verdi.

Prezident İlham Əliyev: Buraya gələn qonaq, turist nə görəcək?

Fuad Nağıyev: Konsepsiya ondan ibarətdir ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçəcəyik. Sərgi zalı və kafe də olacaq.

  • Prezident İlham Əliyev Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində
    © Official website of President of Azerbaijan Republic
  • Qobustanda palçıq vulkanı
    © Official website of President of Azerbaijan Republic
1 / 4
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində

“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır.

Dövlətimizin başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoydu.

Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində

Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəzdilər.

139
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

4
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

4
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

4
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

4