Bakıda tozlu hava, arxiv şəkli

Hava ilə bağlı açıqlama: "Öz" tozumuzdur

47
(Yenilənib 17:08 22.04.2021)
Avtomat monitorinq stansiyalarından əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,6 dəfə çoxdur.

 

BAKI, 22 aprel — Sputnik. Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Avtomat monitorinq stansiyalarından əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,6 dəfə çoxdur.

47
Teqlər:
toz, hava

Ey qızıl lalələr, qızıl lalələr video

7
(Yenilənib 13:03 06.05.2021)
Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Qarayazı kəndinin ətrafında bitən qızıl lalələr gözəl mənzərə ortaya çıxarıb.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

7

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

258
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

258
Xalidə Bayramova

Xalidə Bayramova işdən çıxarıldı

0
(Yenilənib 17:50 06.05.2021)
Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb

BAKI, 6 may — Sputnik. Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

0