Vətən müharibəsi iştirakçıları, arxiv şəkli

"Əlilliyin müəyyən olunması meyarları" layihəsi Nazirlər Kabinetinə təqdim edilib

16
(Yenilənib 16:46 22.04.2021)
"Əlilliyin müəyyən olunması meyarları" layihəsi hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib.

BAKI, 22 aprel — Sputnik. "Əlilliyin müəyyən olunması meyarları" layihəsi Nazirlər Kabinetinə təqdim edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, Nazirlər Kabinetinə təqdim edilən layihədə əlilliyin xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərilə ifadə olunması nəzərdə tutulur.

Yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq. Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır. Əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlara əsasən, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması insan orqanizmi funksiyalarının IV dərəcə (81-100%), III dərəcə (61-80%) və II dərəcə (31-60%) itirildiyi hallarda təyin ediləcək. İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi zamanı (10-30%) yalnız peşə xəstəliyi və əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılacaq. 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən ediləcək. "Əlilliyin müəyyən olunması meyarları" layihəsi hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının "Fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi" sənədi təhlil edilib, Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan "Xəstəliklərin Beynəlxalq Təsnifatı" və "Funksionallığın Beynəlxalq Təsnifatı"ndan geniş istifadə olunub.

16
Selfi çəkən cütlük, arxiv şəkli

20yearschallenge trendinə qoşulan məşhurlar - gəncliyin FOTO-ları

9
(Yenilənib 15:03 06.05.2021)
Ötən gündən başlayan #20yearschallenge trendinə həm yerli məşhurlar, həm də dünyanın məşhur sənət adamları qoşulub.

BAKI, 6 may — Sputnik. Ötən gündən başlayan #20yearschallenge trendinə məşhurlar da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu axına qoşulanlar arasında Türkiyənin məşhur aktyoru Mehmet Günsür də var. 45 yaşlı aktyor 1997-ci ildə, 22 yaşında çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb. 85 mindən çox şərh yazanların içində komediya ustası Cem Yılmazın "Memo! Bu altı ay önce be kardeşim. Atma" rəyi insanların gülüşünə səbəb olub.

Cem Yılmaz da bu axına qoşunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cem Yılmaz (@cmylmz)

Bu trendə Türkiyənin məşhur aktrisası və müğənnisi Şevval Sam da qoşulub. Müğənni 1993-cü ildə çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevval Sam (@sevvalsam)

Sözügedən trendə qoşulanlar arasında Sərdar Ortac da var. O, "Instagram" hesabında gəncliyini xatırladıb. 

Axına müğənni Alişan da qoşulub. Tanınmış müğənni özünün 20 yaşındakı fotosunu paylaşıb. Müğənni 1996-cı ildə çəkdirdiyi "Aşık oldun" albomu üçün çəkdirdiyi fotosunu özünün media hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alişan (@alisanofficial)

 

Trendə qoşulanlar arasında Madonnanın olması da diqqət çəkib. Məşhur müğənni özünün "Instagram" səhifəsinin hekayə bölümündə 20 yaşındaykən çəkilən fotolarını paylaşıb.

 

9

Ağdam rayonunun Qarapirimli kəndindən videogörüntülər

5
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 1977-ci il əhalinin siyaıya alınmasına görə, kəndinin əhalisi 400 nəfər olub.

Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülükdür.

 

5
Şəhid dəfni, arxiv şəkli

"Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram zamanı Dövlət bayrağı ilə örtüləcək

0
(Yenilənib 16:20 06.05.2021)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir. Tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

BAKI, 6 may — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir. Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş şəxslər bu sıraya daxil edilir.

Bundan başqa, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

0