Dənizdə dalğalar, arxiv şəkli

Dənizdə dalğanın hündürlüyü 2,6 metrə çatdı - Faktiki hava

5
(Yenilənib 14:05 22.04.2021)
Külək Bayıl yamacında 27, Bakıda 25, Qum adasında 23, Sumqayıt, Maştağada 20, Pirallahı, Binədə 19, Neft Daşlarında 17, Çilov adasında 16 m/s-dək güclənib.

BAKI, 22 aprel — Sputnik. Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, aprelin 22-si saat 12:00-a verdiyi məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin aprelin 21-i gündüzdən etibarən bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Ağdərədə (Ordubad) 6, Balakən, Gədəbəydə 5, Tovuzda 4, Kişçay (Şəki), Qusar, Şəmkirdə 3, Astara, Zaqatala, Ceyrançöldə 2, Daşkəsən, Naxçıvan, Şahbuz, Naftalan, Gəncə, Ağstafa, Yevlax, Göyçay, Yardımlı, Lənkəran, Şahdağ, Xınalıqda 1 mm-dək olub.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 26, Şəkidə 25, Daşkəsəndə 23, Zaqatalada 22, Balakən, Ağstafa, Gəncədə 20, Mingəçevirdə 19, Ələt, Biləsuvar, Yevlax, Göygöldə 18, Şabran, Tərtər, Tovuzda 16, Bayıl yamacında 27, Bakıda 25, Qum adasında 23, Sumqayıt, Maştağada 20, Pirallahı, Binədə 19, Neft Daşlarında 17, Çilov adasında 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

5

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

111
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

111