CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank xəzinadarı yarım milyonluq vəsaiti mənimsədiyi üçün saxlanıldı

© © Justin Sullivan/Getty Images/AFPЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 21 aprel — Sputnik. "Rabitəbank" ASC-nin Lənkəran rayon filialının xəzinədarı Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə daxil olan müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Lənkəran rayon prokurorluğundan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib. Araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilib kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

20 aprel 2021-ci il tarixdə Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0