Sovetski

"Sovetski" sakinlərinin iddialarına nazirlikdən münasibət: Şərtlər məcburidir

24
(Yenilənib 18:15 20.04.2021)
"Keçmiş "Sovetski" adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və asayişin pozulması ilə müşayiət olunan destruktiv fəaliyyətdən,

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş "Sovetski" adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirdiyi iddialara münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçmiş "Sovetski" adlanan ərazidə vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.

Ərazidə vaxtilə alınma və köçürmə işləri torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal RİH tərəfindən icra olunub, Maliyyə Nazirliyi isə qeyd olunan dövlət ehtiyacları üçün alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.

Köçürülmə ərazisinə düşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Hesablanmış məbləğlər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərlə ilkin razılaşma əldə olunduqdan sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Və bununla əlaqədar alqı-satqı dövründə sakinlər tərəfindən heç bir irad bildirilməyib. Hər bir sakinlə bağlanmış əqdlərin sürətləri bu gün də mövcuddur və istənilən şəxs həmin alqı-satqı müqavilələri ilə tanış ola bilər.

Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1000 manat məbləğində köçmək üçün vəsait ödənilib.

Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.

"Maliyyə Nazirliyi bir daha bəyan edir ki, könüllü razılıq əsasında notarial qaydada bağlanan əqdlərə uyğun olaraq köçürülmüş həmin şəxslərin xeyli müddətdən sonra yenidən peyda olaraq şikayətlər səsləndirmələri, bəzi şəxslər tərəfindən koordinasiya olunaraq dövlət qurumlarının qarşısına toplaşmaları, dəfələrlə şifahi və yazılı qaydada onlara izahat verilməsinə baxmayaraq Yasamal RİH və Maliyyə Nazirliyindən əlavə vəsait tələb etmələri, mətbuatda və sosial şəbəkələrdə dövlət orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə qarşı iradlar səsləndirmələri tam əsasızdır və həqiqəti əks etdirmir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, sözügedən alqı-satqı müqavilələri hazırda qüvvədədir və onların şərtləri müqavilə tərəfləri üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin məcburi qaydada dəyişdirilməsi və ya ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin səlahiyyətindədir.

Eyni zamanda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu da alınmanın təsirinə məruz qalmış şəxslərin məhkəmə müdafiəsinə təminat verir.

Göstərilənlərə əsasən keçmiş "Sovetski" adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və asayişin pozulması ilə müşayiət olunan destruktiv fəaliyyətdən, bir qrup şəxslərin təhriki ilə əlavə vəsait tələb etməkdən çəkinməyə çağırır və iddia tələbləri ilə bağlı müvafiq məhkəmələrə müraciət etmələrini tövsiyə edirik", - nazirlikdən bildirilib.

24
Teqlər:
Maliyyə Nazirliyi, narazılıq, sakinlər, "Sovetski"
Bakıda piyada keçidi

Bakıda piyada zonaları yaradılacaq

0
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib.

BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. "Hazırda Bakının mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10000 kv.m ərazidə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O deyib ki, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib: "Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb".

Eləcə də oxuyun:

Paytaxt marşrutlarının 50 faizi yenilənib

* Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir

0
Teqlər:
Bakı, zona, piyada
Flora Kərimova, arxiv şəkli

Flora Kərimova illər sonra Şuşadakı məhəllələrində - VİDEO

3
Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib.

BAKI, 17 may — Sputnik. Xalq artisti Flora Kərimova illər sonra işğaldan azad olunan Şuşa şəhərindəki məhəllələrində olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib. Kərimova Şuşadakı uşaqlıq xatirlələri haqqında da izləyicilərinə məlumat verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Flora Kərimova (@flora_kerimova_official)

"Havasından doymadığım, suyuna susadığım ocağım – Şuşam", - deyə Flora Kərimova paylaşıma şərh bildirib.

Eləcə də oxuyun:

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

* Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

3
Teqlər:
video, Flora Kərimova, Şuşa