CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qurd" ləqəbli repçiyə Bakı Nəqliyyat Agentliyində vəzifə verildi

© Photo : Instagram / qurd_officialРэпер Фарид Эминов (Qurd), фото из архива
Рэпер Фарид Эминов (Qurd), фото из архива - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
Fəaliyyətinə "Dəyirman" qrupunda başlayan F.Eminov "Rəqs edir hər kəs", "Tapın Onu", "Tək-tək", "Apar məni", "Tar", "Babat-babat", "Bana-Bana" mahnıları ilə tanınıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi tanınmış reperə vəzifə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Agentliyin Mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında faktı təstiqləyib. O bildirib ki, Fərid Eminov Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır: "Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb".

Qeyd edək ki, fəaliyyətinə "Dəyirman" qrupunda başlayan F.Eminov "Rəqs edir hər kəs", "Tapın Onu", "Tək-tək", "Apar məni", "Tar", "Babat-babat", "Bana-Bana" mahnıları ilə tanınıb. O, "Qurd" ləqəbi daşıyır.

Xəbər lenti
0