CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Pakistan arasında Saziş təsdiqlənib

© AFP 2023 / RAJESH JANTILAL Флаг Пакистана, фото из архива
Флаг Пакистана, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə tərəflər Birgə İşçi Qrup yaradaraq, qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edəcəklər.

BAKI, 19 aprel — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanmış Saziş təsdiqlənib.

Qeyd edək ki, sənədə əsasən, sazişin müddəalarının həyata keçirilməsi məqsədilə tərəflər Birgə İşçi Qrup yaradaraq, qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edəcək. Saziş qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupu əməkdaşlıq üzrə kompleks plan işləyib hazırlayacaq və təsdiq edəcək.

Xəbər lenti
0