Sənəddə imza, arxiv şəkli

QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılır - FƏRMAN

26
(Yenilənib 13:09 19.04.2021)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, habelə əmlakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə keçəcək.

BAKI, 19 aprel — Sputnik. Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Fərmana əsasən, dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, habelə əmlakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə keçəcək.

Yeni Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşacaq.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Üzvlərdən 8-i qeyri-hökumət təşkilatlarının, digər 3-ü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediləcək.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

Qurumun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.

26

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

7
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

7

Bir küçədə yaşamış iki Sovet İttifaqı qəhrəmanı

13
(Yenilənib 16:40 09.05.2021)
"Təltif edildiyi döyüşdə ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Tovuz keçmiş SSRİ-də nadir rayonlardandır ki, onun üç Sovet İttifaqı qəhrəmanı olub. Onların hər üçü Berlinədək döyüş yolu keçərək qorxmazlıqları və şücatləri ilə bu ada layiq görülüblər. Qəhrəmanlardan Məstan Əliyev ölümündən sonra bu ada layiq görülsə də, Mərdan Musayev və Yusif Sadıqov sağ olaraq doğulduqları rayona dönüb, ötən əsrin 70-80-ci illərinədək rayonda yaşayıblar. Maraqlısı odur ki, Sovet İttifaqı qəhrəmanı olan hər iki şəxs müharibədən qayıtdıqdan sonra eyni küçədə, hətta qonşu olaraq yaşayıblar. Məhz o səbəbdən İsmayıl Mürşüdov adına küçə ötən əsrin ortalarından məktəblilərin, fəxri qonaqların, turistlərin ən çox üz tutduğu məkan olub.

Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun evində hazırda kiçik övladı Mehdi yaşayır. O, hər iki qəhrəmanın bir küçədə yaşamasının təsadüf olduğunu bildirib. Onun sözlərinə görə, hazırda yaşadıqları küçə ötən əsrin əvvəllərində almanlar tərəfindən salınıb. Vətən müharibəsi başladıqdan sonra almanlar buradan köçürülüb. Müharibədən sonra isə bu evlər döyüşlərdə şücaət göstərmiş döyüşçülərə verilib. Atasının qəhrəmanlığına gəlincə isə, M.Sadıqov onun bir neçə xidmətinin müqabilində sovet rəhbərliyinin bu qərarı verdiyini söyləyib: “Atam Moskvadan Berlinədək döyüş yolu keçib. Bir neçə döyüşdə fərqlənməsinə görə bu ada layiq görülüb. Özü danışırdı ki, müharibənin ilk illərində sovet mərmiləri alman tanklarını məhv edə bilmirmiş. Atam təklif verib ki, hər tanka iki top ayrılsın. Topun biri tankın tırtılını vursun. Bu zaman tank 180 dərəcə firlanacaq və həmin an ikinci top onun yanacaq çənini vursun. Bu yolla sovet topları, mərmiləri təkmilləşənə kimi alman tanklarının qarşısını kəsiblər. Atamın bu döyüş taktikasına o vaxt “at gedişi” adı veriblər. Digər bir döyüşdə onun başçılıq etdiyi topçular 9 tankı məhv edib. Hansı ki, 5-ni atam özü vurub. Varşava yaxınığında vuruşmaların birində min nəfərə yaxın sovet əsgərini əsirlikdən azad ediblər. Bu göstərdiyi igidliyə görə rəhbərliyə təqdimatı verilib və 1945-ci ildə mayın 31-də bu ada layiq görülüb”, - deyə o məlumat verib.

© Sputnik / Ilham Mustafa
Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun heykəlləri

Mehdi Sadıqov atasının digər tovuzlu qəhrəman Mərdan Musayevlə yaxın dost olduğunu, bütün tədbirlərdə, paradlarda birgə iştirak etdiklərini bildirib.

Digər evdə isə hazırda Sevet İttifaqı qəhrəmanı Mərdan Musayevin gəlini öz övladları və nəvələri ilə birgə yaşayır. Gəlini Şəfiqə Musayeva övladları kimi həmişə qaynatası ilə fəxr etdiyini söyləyib: “Qaynatamın sağlığında SSRİ-nin hər yerindən dostları gəlirdi. Onun şücaətlərindən danışanda adam heyrətini gizlədə bilmirdi. Dəfələrlə yaralansa da, sonradan yenə döyüşlərə qatılıb. Sinəsini güllənin qabağına verərək komandirini qoruyub. Təltif edildiyi döyüşdə də ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan”, - deyə Ş.Musayeva eşitdikləri haqqında danışıb.

  • Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun fotoları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun yaşadığı ev
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun təltif edilmə barədə vəsiqəsi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun medalları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun abidələri
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi

O, öz oğlunun da babasının yolunu davam etdirdiyini, döyüşlərdə xidmtlərinə görə medallarla təltif edildiyini bildirib.

“Sağlığında nəvəsi olanda ona öz adını qoydu. Hazırda eyni ad soyadı daşıyan oğlum da hərbçidir. Xüsusi təyinatlı polkovnik-leytenantdır. Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Prezident tərəfindən bir neçə medalla təltif edilib”, - deyə o bildirib.

Tovuz rayonu da öz qəhrəmanlarını unutmur. Hazırda rayonda hər 3 Sovet İttifaqı qəhrəmanının adına küçə və məktəb var. Eyni zamanda, Tovuz Qəhrəmanlar parkında onların büstləri qoyulub. Mütəmadi olaraq bu məkan ziyarət olunur. Faşizmə qarşı canından keçən bütün azərbaycanlılar onların timsalında yad edilirlər.

Həmçinin oxuyun:

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

Qələbə Gününü özünə ad günü kimi seçən qəhrəman

13