Ağdamda Şəhidlər Xiyabanında

Şəhid anaları barədə yeni təsisata ehtiyac var: Onlar da övladları qədər qəhrəmandır

466
(Yenilənib 16:44 18.04.2021)
"Ana var övladını yetimçiliklə, heç kəsin qapısını döymədən, qapılarda işləyə-işləyə vətən sevgisi ilə böyüdüb. O oğul kirayələrdə böyüdü, vətənini qorumaq üçün təhsilini yarımçıq qoydu, səhhəti imkan verməsə də özü könüllü hərbi xidmətə getdi və şəhid oldu"

BAKI, 18 aprel — Sputnik. Bu günlərdə millət vəkili Aqil Abbas yazıçı Çingiz Abdullayevin "Şəhid anası" medalının təsis edilməsi ilə bağlı təklifini parlamentdə səsləndirib. Millət vəkili bildirib ki, sovet dövründə də analar müəyyən ordenlə təltif olunurdu.

"Qəhrəman ana" ordeni var idi. Bu ordeni 10 uşağı olan analara verirdilər. Medalın müəyyən güzəştləri var idi. Niyə bu gün "Şəhid anası" medalı təsis edilməsin? Bu medalı olan analara hamı daha hörmətlə yanaşardı və daha yaxşı xidmət edilərdi”, - deyə millət vəkili çıxışında bildirib.

Şəhid Emin İsmayılovun anası Məlahət İsmayılova da yazıçı Çingiz Abdullayev və millət vəkilinin səsinə səs verənlər arasındadır. O, Sputnik Azərbaycan-a açıqlamasında bu təklifi müsbət dəyərləndirib:

"Analar üçün belə bir medalın təsis olunması mütləqdir. Balalarının adının tanınması, mənəvi cəhətdən onlara verilən qiymət analar üçün çox önəmlidir. Çünki o qəhrəmanı o ana yetişdirib deyə ona "Şəhid anası" medalı verilməlidir. O ana ki, övladını yetimçiliklə, heç kəsin qapısını döymədən, qapılarda işləyə-işləyə vətən sevgisi ilə böyüdüb. O oğul kirayələrdə böyüdü, vətənini qorumaq üçün təhsilini yarımçıq qoydu, səhhəti imkan verməsə də özü könüllü hərbi xidmətə getmək istədi və sonda, 44 günlük müharibədə torpaqlarımızı düşməndən geri alanlardan biri oldu, bununla da papağımızı göylərə qaldırdı. Bu oğulları vətənpərvərlik ruhunda böyüdən analara belə medalların verilməsinə böyük ehtiyac var".

"Bütün şəhid anaları bu medala layiqdirlər", - deyə həmsöhbətimiz əlavə edib.

Şəhidimiz Xudayar Yusifzadənin ailəsi də belə bir addımın atılmasını müsbət qiymətləndirir. Şəhidin dayısı Sirxan Məmmədov bu barədə Sputnik Azərbaycan-a açıqlamasında bildirib: "Şəhid anası" medalının təsis olunması həm şəhid analarına təskinlik olar, həm də onlara yüksək qiymət kimi dəyərləndirilə bilər".

Şəhid mayor Siyavuş Kəlbiyevin həyat yoldaşı Pərvanə Kəlbiyeva da bu addımı müsbət dəyərləndirir: "Belə bir medal təsis oluna bilər. Amma qeyd edim ki, onsuz da "Şəhid anası", "Şəhid atası" adlı sənədlər verilir".

466
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

0
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

 

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

0
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

4
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

4