İnşaatçılar metrosunda

Metro işləmir, keçidləri isə zibilliyə çevrilib - FOTOLAR

748
(Yenilənib 22:33 17.04.2021)
"Ola bilər ki, belə arzuolunmaz hallar həftəsonları müşahidə olunsun. Bu da həftəsonları ictimai nəqliyyatın işləməməsi səbəbindən hansısa təmizlik işçisinin işə gələ bilməməsi ilə bağlı ola bilər"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Bakıda metro keçidləri zibilliyə çevrilib. Metronun 6 aydan çoxdur ki, fəaliyyətini dayandırması metro keçidlərini də baxımsız vəziyyətə salıb. Xüsusilə həftəsonları metro keçidləri zibilli olur. Sputnik Azərbaycan metro keçidlərinin natəmiz olmasının səbəbini araşdırmazdan öncə keçidlərdə müşahidə aparıb.

Bakı metropoliteninin "İnşaatçılar" stansiyasının piyada keçidi sellofan torbalarla dolu idi. Əsən külək bayırdakı toz-torpağı, polietilen torbaları keçidə doldurmuşdu. Bu keçiddə natəmiz vəziyyətdən piyadalar da narazı idilər. Yasamal rayon sakini Mehparə Hüseynova deyir ki, metro bağlanandan keçidlərin təmizliyinə o qədər də diqqət yetirilmir: "Hava küləkli olanda, həftəsonları metro keçidləri zibil poliqonuna dönür. Natəmizlik baş alıb gedir. Bu, təkcə "İnşaatçılar" metrostansiyasının keçidində belə deyil. Digər metro keçidlərində də təmizliyə diqqət yetirilmir".

  • "İnşaatçılar" metrosunda
    © Sputnik / Zulfiyya Guluyeva
  • "İnşaatçılar" metrosunda
    © Sputnik / Zulfiyya Guluyeva
  • "İnşaatçılar" metrosunda
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva
"İnşaatçılar" metrosunda

Qeyd edək ki, Bakı metropoliteninin fəaliyyəti pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dayandırılsa da, metro keçidlərindən hər gün yüzlərlə piyada istifadə edir. Metro keçidlərinin zibilli olması, istər-istəməz keçiddən istifadə edənlərdə narazılıq yaradır. Metro keçidləri isə piyadaların təhlükəsizliyi baxımından önəmlidir. Piyadaların keçidlərdən istifadəsi isə yol-nəqliyyat hadisələri zamanı piyada vurmalarının qarşısını alır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metro işləməsə də, metro keçidləri hər gün təmizlənir: "Ola bilər ki, belə arzuolunmaz hallar həftəsonları müşahidə olunsun. Bu da həftəsonları ictimai nəqliyyatın işləməməsi səbəbindən hansısa təmizlik işçisinin işə gələ bilməməsi ilə bağlı ola bilər. Yaxud da hava şəraiti ilə bağlı məqam ola bilər. Hava küləkli olduqda zibili sovurub keçidlərə doldurur. Buna baxmayaraq, əgər hansısa keçiddə natəmizlikdən şikayət varsa, bu məsələ dərhal həmin metrostansiyanın rəhbərliyinə çatdırılır və aradan qaldırılır. Metronun işləməməsinə baxmayaraq, keçidlərin təmizliyi gündəlik həyata keçirilir".

748

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

30
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

30