Qədr gecəsi, arxiv şəkli

Azərbaycanda yeni televiziya açıldı

53
(Yenilənib 18:39 14.04.2021)
"İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazilərimiz, imamlarımız və dindarlarımız yaxından iştirak edəcək və insanlara, dindarlara dini tam və düzgün şəkildə çatdırmağa köməklik göstərəcəklər".

BAKI, 14 aprel — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni layihəsi olan "114 TV" internet televiziyası Ramazan ayının 1-dən (aprelin 14-dən) etibarən fəaliyyətə başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a QMİ-dən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə internet televiziyaya xeyir-dua verib.

QMİ sədri deyib ki, kanalın adının 114 olması Allah-təalanın Ramazan ayında nazil etdiyi Qurani-şərifin surələrinin sayı ilə bağlıdır: "İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazilərimiz, imamlarımız və dindarlarımız yaxından iştirak edəcək və insanlara, dindarlara dini tam və düzgün şəkildə çatdırmağa köməklik göstərəcəklər. Burada işləyənlərin və zəhmət çəkənlərin hamısına öz təşəkkürümü bildirirəm. Eyni zamanda televiziyada çıxış edənlərə, iştirakçılara və moizə edənlərə də öz minnətdarlığımı bildirirəm".

İnternet televiziyanın materialları "Facebook" və "Youtube"da yayımlanacaq.

53
Teqlər:
Youtube, Facebook, Allahşükür Paşazadə, QMİ, tv
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

6
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

6
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

5
(Yenilənib 20:11 17.05.2021)
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

5
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq