Min beş yüz abonentin təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb

8
Səfərov bildirib ki, Şirvan şəhərinin Şirvani küçəsində "Şaqman" markalı yük avtomobili qəza törədərək qaz xəttinin yol keçidi hissəsini yararsız hala salıb

BAKI, 14 aprel — Sputnik. Sulutəpə qəsəbəsində 1500 abonentin təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində təbii qaz xəttini yararsız hala salıb. Qəza səbəbindən 1500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qaz təchizatının bərpası üçün ərazidə təmir işləri aparılır.

Qurumun mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-a açıqlamasında digər ərazidə baş verən qəzadan da söz açıb. C.Səfərov bildirib ki, Şirvan şəhərinin Şirvani küçəsində "Şaqman" markalı yük avtomobili qəza törədərək qaz xəttinin yol keçidi hissəsini yararsız hala salıb: "Bu səbəbdən 150-ə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qısa zamanda qaz təchizatının bərpası üçün təmir işləri aparılır".

8

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9