CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İftar süfrəsində kimsə yoluxub ölsə, onu təşkil edən savab yox, günah qazanacaq - QMİ

© Sputnik / Ilham Mustafayevİftar süfrəsi
İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
"Əgər iftar süfrəsində kimsə virusa yoluxub vəziyyəti ağırlaşarsa, dünyasını dəyişərsə, bu zaman iftar süfrəsi təşkil edən şəxs savab qazanmaq əvəzinə günah qazanacaq”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Aprelin 14-dən müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Bu ayda oruc tutanlar, həmçinin tutmayanlar savab qazanmaq üçün iftar süfrələri açır. Koronavirus pandemiyası dövründə kütləvi yığıncaqların keçirilməsi qadağan olunsa da, artıq Şaban ayında oruc tutanlar arasında iftar süfrələri təşkil edənlər var.

Sputnik Azərbaycan Ramazan ayında iftar süfrələrinin virusa yoluxmaya təsirini araşdırıb.

Həkim-infeksionist İlhamə Şirinova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə kütləvi toplaşmaq qadağan olunduğundan, bu qayda iftar süfrələrinə də aiddir: “İftar süfrəsi açmaq savab iş olsa da, belə məclislərdə sıxlıq müşahidə olunur. Bundan əlavə məclis iştirakçılarının hamısı ailə üzvləri olmur. İftar süfrələrində də sıxlıq müşahidə olunur. İftar süfrəsinə dəvət edilən qonaqlar arasında virusa yoluxanların olub-olmadığı sual altında olduğundan, bu cür məclislərdə iştirak edənlərin hamısı risk altına düşür. Ona görə də bu Ramazanda hər kəsə anlayışlı davranmağı, hətta iftar süfrəsi üçün dəvət gəlsə belə, imtina etmələri tövsiyə olunur”.

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Türkiyədə kütləvi iftar mərasimlərinə məhdudiyyət qoyulacaq

İ.Şirinova bildirir ki, orqanizmin uzun müddət ac qalması immun sistemində də müəyyən dəyişiklərə səbəb olur. Bu zaman insanlarda virusa yoluxma riski daha yüksək olur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazisi İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iftarda bir araya gəlib oturmaq vacib deyil:

“Qafqaz Müsəlmanları İdarəsi də Ramazan ayında iftar süfrələri ilə bağlı öz qərarını açıqlayıb. Bizim qərarımız bu oldu ki, iftar süfrələrinə ailə üzvlərindən kənar insanlar dəvət olunmasın. Pandemiya dövrünün tələblərinə hər kəs əməl etsin”.

İ.Səlimov bildirib ki, Şaban ayında oruc tutmaq bəyənilir: “Şaban ayında oruc tutmaq müstəhəbdir. Ancaq iftar süfrəsində hər gün görüşən insanlar oturmalıdır. Dinimizdə var ki, kimsə üzrlü səbəbdən oruc tutmursa, oruc tutanlar üçün iftar süfrəsi açır. Çox yaxşı olardı ki, pandemiya dövründə iftar süfrəsi üçün hazırlanan yeməklər elə həmin şəxslərin evlərinə göndərilsin. Yaxud həmin ərzaqlar oruc tutanlara verilsin. Çünki pandemiya dövründə bir araya gəlmək, toplaşmaq xəstəliyin yayılmasına səbəb ola bilər. Biz mütləq şəkildə bu virusdan qorunmalıyıq”.

Günün ən gözlənilən anı: Ailə ətrafında iftar axşamı – VİDEO  - Sputnik Azərbaycan, 1920, 06.05.2020
VİDEO
Günün ən gözlənilən anı: Ailə ətrafında iftar axşamı

İ.Səlimov qeyd edib ki, əgər iftar süfrəsində kimsə xəstəliyə yoluxarsa, burada günah bu məclisi təşkil edənin üzərinə düşür: “Nəzərə almalıyıq ki, hamı xəstəliyi eyni keçirmir. Elə insanlar var ki, virusa yoluxur, amma bundan heç xəbəri olmur. Amma virusa yoluxub ağır keçirənlər, hətta dünyasını dəyişənlər var. Əgər iftar süfrəsində kimsə virusa yoluxub vəziyyəti ağırlaşarsa, dünyasını dəyişərsə, bu zaman iftar süfrəsi təşkil edən şəxs savab qazanmaq əvəzinə günah qazanacaq”.

Həmsöhbətimiz deyir ki, ona da iftar süfrələrinə dəvətlər gəlir:

“Məni də iftar süfrəsinə dəvət edirlər. Amma mən bu dəvətlərin heç birini qəbul etmirəm. Dəvət edən şəxsə də bildirirəm ki, ötən il Ramazan ayında olduğu kimi, bu il də kütləvi yığıncaqlardan çəkinməliyik”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev də mətbuata açıqlamasında bildirib ki, Ramazan ayında imkansız şəxslər üçün kütləvi iftar süfrələrinin açılması savab olsa da, pandemiya ilə əlaqədar həmin süfrələr üçün istifadə olunan xərclər pul və ya ərzaq şəklində imkansız ailələrə verilə bilər. Onun sözlərinə görə, savabı bu cür də qazanmaq olar.

QMİ sədrinin müavini deyib ki, insan bir addımı ilə başqalarına zərər verə bilərsə, bunu etməməlidir: “Bu, ibadətdən də kənar olan məsələdir. Belə ibadətlər qəbul olunmaz. Ramazan ayı boyunca dualar edək, ibadətlərimizi davam etdirək ki, bu xəstəlik, bəla tezliklə yox olsun. İnsan məkanından asılı olmayaraq Yaradana dualarını etməlidir. Hər il biz dualar edərdik ki, torpaqlarımız işğaldan azad edilsin. Şükürlər olsun ki, bu il Ramazan ayını torpaqlarımız işğaldan azad olunmuş, zəfər qazanmış şəkildə qarşılayırıq. Ümid edirik ki, tezliklə bu bəladan xilas olar, gözəl Ramazan ayında iftar süfrələrinə davam edərik".

Xəbər lenti
0