CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövrümüzün trendi olan nostalji və yaxud "90-ların uşaqlarıyıq"la keçmişə səyahət

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidСтанция метро "Бакы Совети" (ныне "Ичеришехер") в Баку. 1 июля 2004 года
Станция метро Бакы Совети (ныне Ичеришехер) в Баку. 1 июля 2004 года - Sputnik Azərbaycan, 1920, 11.04.2021
Abunə olmaq
"Adi bir fotonu paylaşıram, insanlar çox müsbət fikirlər yazırlar. Halbuki həmin foto - əşya, şəhər və ya hansısa məşhurun fotosu zamanında elə də böyük əhəmiyyət kəsb eləmirdi. Amma indi həmin fotolar insanlarda nostalji hisslər oyadır".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Bəzən keçmişi xatırladan bir foto, əşya və ya musiqi insanda xoş hisslər - nostalji yaradır. Zaman-zaman insanları bir anlıq da olsun keçmişə qaytarmaq üçün sərgilər təşkil olunur, filmlər çəkilir. Müsahibimiz Zahir Kərimov çox maraqlı missiyanı öz üzərinə götürüb. "90-ların uşaqlarıyıq" qrupunu yaradaraq kimini uşaqlığına, kimini gəcliyinə qaytaran Zahir Kərimov qrupu haqqında Sputnik Azərbaycan-a danışıb: ""90-ların uşaqlarıyıq" qrupunu 2014-cü ilin dekabrında açmışdım. 2015-ci ildə səhifə birdən-birə sevilməyə başladı. Hətta televiziyalarda da 90-lara aid şəkillər görməyə başladım. Fotolara 90-ların loqosunu yerləşdirdiyimə görə şəkilləri tanıya bilirəm. Yaratdığım qrup xeyli insanın marağına səbəb oldu. Beləliklə də qrupum gündən-günə böyüməyə başladı".

Müsahibimiz qrupun yaradılmasının səbəblərindən də bəhs edib: "Məqsəd insanlara nostalji hisslər yaşatmaqdır. Keçmişi unutmamağa çalışmaq və insanları düşünməyə vadar etməkdir. İnsanlar həmin paylaşımlarla keçmişlərinə - saf, qayğısız illərinə səyahət etmiş olurlar. Adi bir fotonu paylaşıram, insanlar çox müsbət fikirlər yazırlar. Halbuki həmin foto - əşya, şəhər və ya hansısa məşhurun fotosu zamanında elə də böyük əhəmiyyət kəsb eləmirdi. Amma indi həmin fotolar insanlarda nostalji hisslər oyadır".

Qrupun yaradıcısının sözlərinə görə, paylaşılan video və fotoların əksəriyyəti özünə aid olsa da, qrupun üzvlərinin də rolu böyükdür: "Mən bu şəkilləri uzun müddət öz arxivimdə saxlamışam. Çalışmışam ki, silinməsin. Düşündüm ki, bu şəkilləri hər hansi bir sosial şəbəkədə paylaşaraq orada daimi saxlayım. Əvvəlcə "Facebook", sonra isə "Instagram" səhifəsini yaratdım. Videoların bir çoxu mənə aiddir. Amma izləyicilərim tərəfindən də bir çox şəkil və videolar göndərilir. Onları izləyicilərimizin adından paylaşıram, izləyicilərimin də rolu az deyil".

Kərimov heç vaxt bu səhifədə reklam etmədiyini desə də, gələcəkdə belə bir ehtimalı istisna etmir: "Ola bilsin ki, gələcək planlarımda 90-lara aid aksessuarların satışı olsun. İstifadəçi rəylərindən də məlumdur ki, insanların köhnə əşyalara marağı böyükdür. Bu praktika dünyada da var. Son illər Azərbaycanda da köhnə əşyaların hərraca çıxarılması tendensiyası yaranıb. Bu, həm də rejissorlara faydalı olacaq. Həmin illəri əhatə edən filmin çəkilişlərində və ya tamaşalarda lazımi rekvizitləri qrup vasitəsi ilə rahatlıqla əldə edə biləcəklər".

Xəbər lenti
0