YPX avtomobili, arxiv şəkli

"Bu aydan ilin sonunadək" - Yol polisindən sürücülərə xəbərdarlıq

20
(Yenilənib 18:17 10.04.2021)
"Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq".

BAKI, 10 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir: "Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılan və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.

Bu ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.

DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı, vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.

Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq".

20

Dmanisidəki hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdləri təəssüf doğurur

4
(Yenilənib 00:01 18.05.2021)
Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

BAKI, 17 may - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Ombudsmanı hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman müvafiq orqanlar tərəfindən məsələnin araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

Qeyd edək ki, 16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məsələni bir neçə qurum nəzarətdə saxlayır.

Eləcə də oxuyun:

* Dmanisidə 8 nəfər saxlanıldı, Azərbaycan səfirliyi bəyanat yaydı

* Nazir: "Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik"

* Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

 

4
Teqlər:
insident, Gürcüstan, Azərbaycan, ombudsman
Xalça Muzeyi

Sabah muzeyə gedin, amma ayaqla yox - əyləncə seçimi var

10
Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi "Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış"dır.

BAKI, 17 may — Sputnik. Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu münasibətlə mayın 18-də müxtəlif icma nümayəndələri ilə onlayn görüşlər keçiriləcək. Ayrı-ayrı icmalarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Milli Xalça Muzeyi bu dəfə də müxtəlif sənət sahələri üzrə mütəxəssislər, sənətkarlar arasında ünsiyyət körpüsü yaradacaq. Görüş zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Kreativ Azərbaycan" proqramları ilə bağlı məlumat veriləcək, bu istiqamətdə müxtəlif icmaların fəaliyyəti müzakirə olunacaq. Onların rifahının yüksəldilməsi məqsədilə öz potensiallarını üzə çıxarması, yerli yaradıcı məhsulları və xidmətləri ölkə daxilində, həmçinin xarici bazarlarda tanıtması və s. mövzularda fikir mübadiləsi aparılacaq.

Sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri ilə görüş zamanı indiyədək birgə həyata keçirilən uğurlu layihələrdən və gələcək planlardan söhbət açılacaq. Ölkəmizin ilk inklüziv muzeyi kimi Azərbaycan Milli Xalça Muzeyi ilə bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə toxunulacaq.

Qarabağ muzeylərinin direktorları ilə onlayn görüş zamanı isə işğaldan azad olunmuş torpaqlarda vaxtilə fəaliyyət göstərmiş muzeylərin mövcud problemləri və onların həlli yolları müzakirə ediləcək. Həmin muzeylərin kolleksiyalarının öz vətəninə qaytarılması məqsədilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq komitələri ilə həyata keçirilən danışıqlar, toplanmış yeni məlumatlar ətrafında fikir mübadiləsi aparılacaq.

© Photo : Azerbaijan National Carpet Museum
Afişa

Bununla yanaşı, mayın 18-də, saat 19:00-da muzeylər içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi "Nə? Harada? Nə zaman?" intellektual oyununu keçirəcək. Azərbaycan dilində baş tutacaq oyunda qeydiyyatdan keçən ilk 20 komanda iştirak edəcək, digər komandalar isə gözləmə siyahısında yer alacaq. Oyun muzeyin "Facebook" səhifəsindən canlı yayımlanacaq.

Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq. Qaliblər isə müxtəlif hədiyyələr qazanacaqlar.

Odur ki intellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvət edirik. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz: https://form.jotform.com/211223719513448

Silsilə tədbirlərin yekunu olaraq isə saat 21:00-da Azərbaycan Milli Xalça Muzeyində "Muzeylər gecəsi" keçiriləcək. Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq gecədə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları maraqlı konsert proqramı ilə çıxış edəcəklər. Sənətdə yeni addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək olmaqla yanaşı, onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə keçirilən konsertdə "The Etude Band", "Ayna Band", "Diqqət", "Caz Band" qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas ifa edəcəklər.

Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyirsinizsə, muzeyin "Facebook" səhifəsindən canlı yayımlanacaq konserti izləməyi unutmayın!

Qeyd edək ki, 18 may Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi "Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış"dır.

Eləcə də oxuyun:

* Mərhum kraliçanın alt paltarı hərraca çıxarılacaq

* Londonda azərbaycanlı rəssamın sərgisi açılıb

 

10
Teqlər:
onlayn, tədbir, Xalça Muzeyi
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski