Bakı küçələrində dezinfeksiya işləri, arxiv şəkli

Bakı koronavirusa müharibə elan etdi - FOTO

14
(Yenilənib 20:51 10.04.2021)
İcra qurumlarının tövsiyələrinə uyğun olaraq küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər.

 

BAKI, 10 aprel — Sputnik. Bakı şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə aprelin 10-da paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməclik və geniş dezinfeksiya tədbirləri keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iməclik zamanı paytaxtın kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin yuyulması həyata keçirilib.

İcra qurumlarının tövsiyələrinə uyğun olaraq küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər.

Təmizlik işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla paytaxtdakı idarə, təşkilatların inzibati binalarının fasadının təmizlənməsi, Bakı Funikulyoru və müxtəlif turizm və gəzinti obyektlərinin də yuyulub təmizlənməsi işlərinə başlanılıb.

  • Paytaxtda iməcilik işləri
    © The Executive Power of the Baku City
  • Paytaxtda iməcilik işləri
    © The Executive Power of the Baku City
  • Paytaxtda iməcilik işləri
    © The Executive Power of the Baku City
  • Paytaxtda iməcilik işləri
    © The Executive Power of the Baku City
  • Paytaxtda iməcilik işləri
    © The Executive Power of the Baku City
  • Paytaxtda iməcilik işləri
    © The Executive Power of the Baku City
  • Paytaxtda iməcilik işləri
    © The Executive Power of the Baku City
1 / 7
© The Executive Power of the Baku City
Paytaxtda iməcilik işləri

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır. Şəhər ərazisində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Bu işlər mövsüm ərzində davam etdiriləcək.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib, 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.

İməclik və dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması lazım olan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

14
Teqlər:
Koronavirus, COVID-19, BŞİH, təmizlik, dezinfeksiya, Bakı
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

2
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Taxt Oyunları serialından kadr, arxiv şəkli

"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

4
(Yenilənib 16:28 07.05.2021)
"House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib.

BAKI, 7 may — Sputnik. "Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb. Sosial şəbəkələrdə "Game of Thrones" ("Taxt Oyunları") serialının prikveli olan "House of the Dragon"dan ("Əjdaha Evi") ilk görüntülər paylaşılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı foto layihənin "Twitter" hesabında dərc olunub.

Ümumilikdə üç şəkil paylaşılıb. Kadrlarda Reynira və Deymon Tarqarien, Korlis Velarion ("Dəniz ilanı"), həmçinin Alisenta və Otto Haytauerlər əks olunub.

Qeyd edək ki, "House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vesterosda hakimiyyət dövrünü göstərəcək. Layihənin şourannerləri Rayan Kondal və Miqel Sapoçnikdir. O da vurğulanır ki, "Game of Thrones"un bəstəkarı Ramin Cavadi yeni serial üçün də musiqi yazacaq.

Amerikalı yazıçı Corc Martinin "Alov və qan" kitabı əsasında çəkilən serialın təqimatı 2022-ci ilə planlaşdırılıb.

4