Türkiyəli müğənni Ajda Pekkan, arxiv şəkli

Türk pop musiqisinin sevilən ifaçısı əməliyyat olunub

9
(Yenilənib 08:15 07.04.2021)
Pop ulduz qığırdaq degenerasiyasından (dizlər yüksək dərəcədə yükləndikdə oynağın qığırdaqlarında yumşalma və incəlmə kimi degenerativ dəyişikliklər meydana gəlir) əziyyət çəkir.

BAKI, 7 aprel — Sputnik. Türk pop musiqisinin tanınmış ifaçısı Ajda Pekkan əməliyyat olunub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, dizlərinə yığılan kirəcdən yeriməkdə çətinlik çəkərək, bıçaq altına yatmağa məcbur olan ifaçı əməliyyatdan sonra ilk dəfə açıqlama verib. Ajda hazırda səhhətinin yaxşı olıduğunu bildirib: "Dizimdən əməliyyat olundum, amma şişirdiləcək bir şey yoxdur, sadə bir diz əməliyyatı idi. Hazırda yaxşıyam. Uzun müddətdir bununla bağlı problemim var idi. İstədim pandemiya bitsin, sonra etdirim. Lakin elə alındı ki, indi əməliyyat olundum. Konsertlər səbəbilə vaxt tapa bilmirdim. Əvvəl bir az qorxdum, çünki 2,5-3 ay istirahət müddəti tələb olunur. Özümü müalicə prosesinə tez uyğunlaşdırdım. İndi səhnədə belə, rahat olacağam".

Qeyd edək ki, 75 yaşlı pop ulduz qığırdaq degenerasiyasından (dizlər yüksək dərəcədə yükləndikdə oynağın qığırdaqlarında yumşalma və incəlmə kimi degenerativ dəyişikliklər meydana gəlir. Xalq arasında buna kirəclənmə də deyilir- red.) əziyyət çəkir.

9

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

377
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

377
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

5
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

5
Yeni bankotlar

Mərkəzi Bank terminalların yenilənmiş pulları niyə qəbul etmədiyinə aydınlıq gətirdi

0
(Yenilənib 14:27 12.04.2021)
Bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyasının sürətləndirilməsi ilə əlaqədar Mərkəzi Bankda görüş keçirilib

BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

0