CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollardakı oğurluqlar: dəmir barmaqlıqlar, nişanlar, çəpərlər...

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidКрышка канализационного люка, фото из архива
Крышка канализационного люка, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Oğurlanmış barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən yeni alınaraq çatışmayan yerlərə qoyulub

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Nobel prospektidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, prospektdə qısa müddət ərzində 97 ədəd barmaqlıq yoxa çıxıb. Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.

Oğurluq faktı ilə əlaqədar olaraq agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Тень людей, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Bibisinin evindən oğurluq edən şəxs saxlanılıb

Analoji faktlar müxtəlif vaxtlarda mərkəzi küçə və prospektlər istisna olmaqla digər prospekt və yollarda da qeydə alınır. Sözügedən faktlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunub və qısa müddət ərzində həmin ərazilərdə səth sularının axıdılması üçün nəzərdə tutulmuş quyuların barmaqlıqlarının yerlərinə quraşdırılması təmin olunacaq.

Qurumun mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bu kimi faktlarla bağlı məlumat verib: "Bəzən magistrallarda yol nişanları da oğurlanır, lakin bu tək-tək hallarda baş verir. Məsələn, öncələr Ələt-Astara yolunda bu kimi hallarla qarşılaşırdıq. Artıq bu cür hadisələr bir qədər azalıb. Yol kənarına quraşdırılan çəpərin tor hissəsini kəsib götürürdülər. Lakin artıq bu kimi hallar olmur".

"Hazırda havalimanına gedən yolda, Mərdəkan-Zağulba yolunda, Ziya Bünyadov prospektində və bu kimi kənar yol və prospektlərdə tez-tez belə hadisələr qeydə alınır. Əsasən bu cür barmaqlıqlar oğurlanır və həmin şəxslər qısa müddətdə də kameralar vasitəsilə aşkar edilərək tapılır", - deyə A.Cəfərli əlavə edib.

O bildirir ki, oğurluq halları aşkarlandıqda onları oğurlayan şəxsin tapılmasını gözləmədən barmaqlıqları alaraq yerinə quraşdırırlar.

Qeyd edək ki, oğurlanan barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən yeni alınaraq çatışmayan yerlərə qoyulub.

Xəbər lenti
0