Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Pandemiyanın uzun müddət davamı 18 ildən sonra problemə səbəb ola bilər - Millət vəkili

745
(Yenilənib 14:28 05.04.2021)
"İnsanlar ümumiyyətlə müəyyən sayda restoranlarda oturur, yemək yeyirlər. Toylara da məhdud çərçivədə icazələr vermək olar" - Azər Badamov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Azərbaycanda doğulanların sayında azalma olub. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2015-ci ildən sonra ölkədə doğumlaırn sayında müəyyən qədər azalma qeydə alınıb. Belə ki, 2015-ci ildə 166 min 210 doğulmuşdusa, 2016-cı ildə bu rəqəm 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə isə bir qədər artaraq 141 min 179 olub. Bakı Araşdırmalar İnstitutunun məlumatına görə, 2020-ci ildə yenidoğulanların sayı 126571 nəfər olub ki, bu da daha öncəki illə müqayisədə azdır.

Belə ki, son 30 ilin statistikasına görə hər min nəfərə düşən doğumlaırn sayında 50 faizlık azalma olub. Bu isə son 75 ilin ən aşağı göstəricisidir. Təbii artımda da 75 faizədək azalma olub. Ölümlərdə isə son 30 ildə 24 faizədək artım olub. BAİ-nin məlumatına görə, 2020-ci ildə yenidoğulanların sayı 126571 nəfər olub.

Yeni doğulanların sayının azalmasında toyların qadağan edilməsinin də rolu var.

Millət vəkili Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Doğumların sayının azalması həyəcan təbili çalacaq səviyyəsində deyil. Ümumi artım yüksəlişlə davam edir. 2020-ci ildə 126 min 571 doğum, 75 min 647 ölüm olub, təbii artım isə 50.9 artıb. Yəni, ümumilikdə təbii artımda artım olub. 2020-ci ildə doğum sayının azalması isə dünyada davam edən hadisələrlə əlaqədar olub. Toylara qadağaların qoyulması yeni ailələrin yaranmasında azalmalara səbəb olduğunu düşünürəm. Bu səbəbdən də doğumlarda azalmalar olub. Bu da müvəqqəti davam edən bir hadır. Düşünürəm ki, pandemiya bitdikcə yenidən toyların keçirilməsi gündəmə gələcək, cütlüklər ailə quracaqlar ki, bu da doğumların say artımında özünü göstərəcək".

"Düşünmürəm ki, 18 il osnra hərbi xidmətə getməklə bağlı bir çətinlik olacaq. Çünki Azərbaycanın əsgərliyə gedtməyə kifayət edəcək gənc potensialı mövcuddur. İllik doğum sayında müvqəttəi azlama əsgərliyə gedəcək şəxslərin sayında azalmanın olması ilə əsgərliyə gedənlərin sayında azalmanı olacağını düşünmürəm. Lakin pandemiya uzunmüddətli olsa,bu zaman təbii ki, təsiri ola bilər. Yəni, uzunmüddətli pandemiyanın olması, toyların keçirilməməsi buna təsir edə bilər. Lakin düşünürəm ki, pandemiya uzunmüddətli olmayacaq. Əhalinin kütləvi şəkildə vaksinasiyası həyata keçirilir, yay aylarından sonra isə məhdud sayda toyların da keçirilməsinə icazə veriləcək", - deyə millət vəkili əlavə edib.

 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli
© AP Photo / Evgeniy Maloletka

Millət vəkili qısa müddətdə toyların keçirilməsinin bərpa olunmasının tərəfdarıdır: "İnsanlar ümumiyyətlə müəyyən sayda restoranlarda oturur, yemək yeyirlər. Toylara da məhdud çərçivədə icazələr vermək olar".

Sosioloq Əhməd Qəşəmoğlu Sputnik Azərbaycan-a açıqlamasında ölkədəki doğumların sayının azalmasındakı digər  səbəblərdən danışıb: "Dünyada da çalışırlar ki, əhalinin artım tempi aşağı düşsün. Çünki yer üzündəki resursların artacaq əhalini təminetmə imkanı yoxdur. BMT və digər təşkilatlar çalışırlar ki, hər yanda əhali artımında müəyyən səngimə olsun. Yəni, Azərbaycanda əhali artımının azalmasına təsir edən faktorlardan biri budursa, digəri də əhalinin daha çox təhsilə yönəlməsidir. Yəni, daha çox təhsil aldıqca, daha çox şəhər həyatlna öyrəşdikcə doğum azalır. 50 il əvvəl Azərbaycanda hər ay qəhrəman analar olurdu. İndi isə şəhər mühitinə yaxınlaşan əhali özü şüurlu şəkildə doğumun sayını azaldır. Bunna başqa, sosial, iqtisadi vəziyyət də buna təsir edən amillərdəndir".

"Biz bu vəziyyətə müşahidəçi qismində yanaşmamalıyıq. Uzun illərdir ki, Azərbaycana 3 uşaqlı ailə modelinin vacibliyini təbliğ etməyə çalışıram. 3 uşalqı ailə modeli olduqda, əhali artımı bir o qədər çox olmasa da, müsbət əmsalla davam edir. Çalışmalıyıq ki, 3 uşaqlı ailələrin olması üçün hər  bir şərait yaradılsın. Qanunvericilikdə də müəyyən qədər dəyişikliklər olmalıdır", - deyə ekspert əlavə edib.

745
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

6
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

6
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Bakı küçələrində futbol oynayan uşaqlar, arxiv şəkli

Azərbaycanda həkimlər uşaqlara görə əmr gözləyirlər

9
(Yenilənib 22:01 10.04.2021)
"Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".

A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".

 

 

9
Teqlər:
əmr, həkim, peyvənd, həftə, immunlaşdırma, uşaqlar
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda