Külək elektrik stansiyasıları, arxiv şəkli

Temperatur yüksəlir, külək güclənir - Sabahın havası

25
Aprelin 5-də gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

BAKI, 4 aprel - Sputnik. Azərbaycanda aprelin 5-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə  8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə  isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə  5-10 dərəcə, gündüz  17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 15-20 dərəcə isti olacaq.

Xəbərdarlıq

Aprelin 5-də gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

25
Teqlər:
buludlu hava, Azərbaycan, temperatur, külək, hava proqnozu, hava

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

5
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

5
Məmur, arxiv şəkli

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə tədbirlər görülür

4
(Yenilənib 14:01 17.04.2021)
Ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

4
FTX

FTX Ukraynanın Peterburqdakı konsulunu saxlayıb

0
(Yenilənib 15:58 17.04.2021)
Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib

BAKI, 17 aprel — Sputnik. Ukraynanın Peterburqdakı konsulu Aleksandr Sosonyuk rusiyalı bir şəxsdən "qapalı" məlumatlar alarkən yaxalanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, söhbət güc nazirliklərinin informasiya bazasına daxil olan məlumatlardan gedir.

"Hazırda o Ukraynanın diplomatik nümayəndəliyindədir. Yaxalanmanın təfərrüatları araşdırılır. Mövcud təcrübə və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəfi cavab hazırlayır", - deyə Ukrayna XİN mətbuat katibi Oleq Nikolayenko bildirib.

Federal təhükəsizlik xidmətinin (FTX) məlumatında qeyd olunur ki, Sosonyukun fəaliyyəti "Rusiyaya qarşı düşmənçilik xarakterlidir və diplomatik işçi statusu ilə bir araya sığmır". O uzun illərdir ki Rusiyada çalışıb: Ukraynanın Peterburqdakı konsulluğununu internet saytında onun 2012-ci ilin oktyabrından burada işləməsi barədə qeyd var.

FTX məlumatında o da qeyd olunur ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının rəyasət heyətinin üzvü Boqdan Bespalkonun qənaətinə görə, konsul Rusiyadan qovula bilər. O həmçinin Sankt-Peterburqdakı konsulluğun ümumiyyətlə bağlanmasını da istisna etməyib.

Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib.

"Yaxın vaxtlarda biz onun Vətənə qaytarılması məsələsini həll edəcəyik. Bizim diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının onun haqqında iddia etdiyi hərəkətlərlə heç bir əlaqəsi yoxdur", -deyə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

Xatırladaq ki, diplomatlar çalışdıqları ölkələrdə toxunulmazlıq statusuna malik olurlar. Eyni zamanda Vyana konvensiyası diplomatik nümayəndələrin qanunları pozduğu və ya düşmənçilik xarakterli hərəkətlərə yol verdiyi təqdirdə olduqları dövlətin onları ölkədə qalmaq hüququndan məhrum etməsini də nəzərdə tutur.

0