CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bağ evləri bahalaşdı: İnsanların hava almağa ehtiyacı yaranıb

© Sputnik / Irade JELILZəli gölünün ətrafı
Zəli gölünün ətrafı - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
"Bu gün bağ evlərinin erkən rezervasiyası, insanların mövsüm başlamamış bağ evi kirayə etməsi hazırda bahalaşmaya təsir edən amildir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Havalar hələ tam isinməsə də, artıq paytaxtda bağ evlərinin satış və kirayə haqqı bahalaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, fərdi yaşayış və bağ evlərinin kirayəsində həm ay ərzində, həm də il ərzində artım qeydə alınıb. Onun sözlərinə görə, ay ərzində 1,76 faiz, ötən illə müqayisədə isə 11,91 faiz artım müşahidə olunub.

Sputnik Azərbaycan yay gəlməmiş bağ evlərinin satış və kirayə qiymətlərinin bahalaşma səbəblərini araşdırıb. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bağ evlərinin qiymətində mart ayından bahalaşmanın əsas səbəbi pandemiya dövründə insanların xaricə istirahətə getmək imkanlarının məhdudlaşmasıdır: "Əvvəllər yay aylarında insanlar müxtəlif ölkələrə istirahətə üz tuturdular. Pandemiya dövründə xaricə səyahət imkanlarının məhdudlaşması insanları istirahəti Bakıətrafında keçirməyə məcbur edir. İnsanlar bağ evlərinə üz tutur. Bu isə bağ evlərinə tələbatı artırır".

Badamdarda süşürmə zonasındakı evlər - Sputnik Azərbaycan, 1920, 14.05.2020
CƏMİYYƏT
Hamı həyət evinə - Koronavirus torpağı ciddi bahalaşdırıb

O ki qaldı havalar isinməmiş qiymətlərdə artımın qeydə alınmasına, R.Osmanlı deyir ki, bağ mövsümü başlamamış qiymətlərin bahalaşması insanların indidən bağlarda ev kirayə götürməsi ilə əlaqədardır: "Ötən mövsüm pandemiya dövründə bağ evlərinə tələbat kəskin artdı. Ona görə də insanlar indidən yay üçün bağ evi kirayə götürməyə başlayıblar. Bu da qiymətlərin mövsüm başlamamış bahalaşmasına gətirib çıxardıb".

R.Osmanlı deyir ki, bu gün ərazilər üzrə bölgü aparılsa, inzibati mərkəzlərə yaxın olan ərazilərdə bağ evlərinin kirayə qiyməti daha bahadır: "İnzibati mərkəzlərə, magistrallara, yaxın ərazilərdə qiymətlər daha bahadır. Bilgəh həm satış, həm də icarə qiymətlərinə görə daha bahadır. Buna da səbəb əhalinin imkanlı təbəqəsinin Bilgəhdən bağ sahəsi almağa daha maraqlı olmasıdır".

Həmsöhbətimiz bildirir ki, bağ evlərinin kirayə qiymətləri mövsümü dövrlərdə 1000 manatdan başlayıb 20 min manatadək dəyişir:

"Bu gün bağ evlərinin erkən rezervasiyası, insanların mövsüm başlamamış bağ evi kirayə götürməsi hazırda bahalaşmaya təsir edən amildir".

R.Osmanlının sözlərinə görə, son illər əhali arasında bağ evlərində daimi yaşayanların sayı artıb. İnfrastruktur inkişaf etdikcə, insanlarda bağda yaşamağa maraq artır. İnfrastruktur imkanlarının artması, kommunal problemlərin aradan qalxması bağ evlərində yaşayan insanların sayının ildən-ilə artmasına gətirib çıxardır. 

Масляная обработка деревянного пола, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.09.2020
İQTİSADİYYAT
"Rüsum" sözünü eşidən qiyməti qaldırır: bu gedişlə həyət evləri də bahalaşacaq

"Artıq Bakının hansısa kəndi ilə mərkəzini sadəcə məsafə ayırır. Amma illər öncə qış aylarında kommunal vəziyyət bağ evlərində yaşamağı çətinləşdirirdi. Kommunal təchizat yaxşılaşdıqca insanlarda bağ evlərində yaşamağa maraq da artır", - ekspert deyib.

Əlaqə saxladığımız daşınmaz əmlak agentlikləri, bağ evləri kirayəsi ilə məşğul olan rieltorlar da qiymətlərdə ötən illə müqayisədə bahalaşma olduğunu təsdiqlədilər. Pirşağı qəsəbəsində ev alqı-satqısı, kirayəsi ilə məşğul olan Teyyub Ömərov bildirdi ki, bağ evlərinə indidən tələbat artıb: "Həmişə bağ evlərini may ayından kirayələyirdilər. Bu il aprel ayına beh verənlər var. Pandemiyada camaat hansı qadağaların olacağını bilmir. Hamı bərayi-ehtiyat bağ evi kirayələyir ki, yayda açıq havada rahat nəfəs ala bilsin. Makler bağ evlərinin kirayə haqqının 600 manatdan başladığını söyləyir. Onun sözlərinə görə, şəraitli, bağlı-baxçalı, meyvə ağacları olan bağ evlərinin kirayə haqqı isə 1000 manatdan başlayır.

Xəbər lenti
0