BAKI, 2 aprel — Sputnik. Bu ilin 3 ayı ərzində 465 əlillik təyinatını ləğv edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov "Sosial saat"da deyib.
Onun sözlərinə görə, əlillik təyinatı müxtəlif reyestr sistemi vasitəsilə ləğv edilir. Bu barədə şəxsə əvvəlcədən də məlumatlandırıcı məktub yazılır.
BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.
Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir:
Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".
Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.
BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.
RUSSIA: Jen Psaki jokes with a reporter about a possible meeting between President Biden and Vladimir Putin pic.twitter.com/6HpEEiaPCA
— Forbes (@Forbes) April 13, 2021
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.