Palçıq vulkanı, arxiv şəkli

Abşeronda palçıq vulkanlarına yeni yol çəkilir

16
(Yenilənib 21:21 02.04.2021)
Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib

BAKI, 2 aprel — Sputnik. Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.

Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avromobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

16
Teqlər:
Abşeron, turizm, yol, palçıq vulkanları
Повесившийся в лесу человек. Архивное фото

Tovuzda 20 yaşlı tələbə intihar edib

103
(Yenilənib 23:35 19.04.2021)
İntihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

103
Muzeylərdə “Açıq qapı” günü

Qoruq muzeylərdə "açıq qapı" günü keçirilib

6
(Yenilənib 23:29 19.04.2021)
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

BAKI, 19 aprel — Sputnik. Aprelin 18-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "Açıq qapı" günü təşkil olunub. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə keçirilən "açıq qapı" günündə müxtəlif mövzularda sərgilər və məlumatlandırma sessiyaları keçirilib.

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
1 / 3
© Photo : State Tourism Agency
Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib

"Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil edilən "Tarix və Mədəniyyət Nümunələri Xalqın Milli Sərvətidir" adlı sərgidə orta əsr Azərbaycan sənətkarlarının əl işləri, misgərlik məmulatları sərgilənib. Qoruq ərazisində Argentina Respublikasının mədəniyyət profilli "Kanal A" televiziyası da çəkiliş aparıb.

"Kiş" Tarix-Memarlıq Qoruğunun həyətində yerli sənətkarların əl işləri nümayiş etdirilib. Ziyarətçilərə Kiş Alban Məbədinin tarixi, qoruqda yerləşən digər tarixi mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi ilə bağlı məlumat verilib.

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda gənc rəssamların abidələrlə bağlı əl işləri sərgilənib. Şəki Tarix Diyarşünaslıq muzeyində şəhərin qədimliyini əks etdirən tarixi abidələrin fotolarından ibarət sərgi təşkil olunub. Həmçinin Şəki Xalq Tətbiqi Sənəti Muzeyində xovlu sənət ustası Rəhman Kamiloğlunun əl işlərindən ibarət sərgi keçirilib. Yalnız Şəkidə mövcud olan bu sənət növü üzrə hazırlanan əsərlərdə əsasən təbiət mənzərələri, kənd həyatının motivləri əks olunub.

Şəki Dövlət Rəsm Qalereyasının bağında - açıq havada "Tarixi abidələr rəssamların gözü ilə" adlı sərgi təşkil olunub. Şəkili rəssamlar Aynur Məsimova, Nazim Səmədov və Qurban Oruclunun kətan üzərində yağlı boya və akvarel boya ilə kağız üzərində çəkdikləri əsərlər qonaqların marağına səbəb olub.

"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloj qazıntıların aparıldığı XVI əsr abidəsi - Şeyx Məhəmməd Məscidində məktəblilər üçün tədbir təşkil edilib.

"Lahıc" Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən abidələrə ziyarətçilər üçün müəyyən marşrutlar üzrə turlar hazırlanıb. Qoruq ərazisində yerləşən sənətkar emalatxanalarında ödənişsiz olaraq master-klasslar təşkil edilib.

"Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ziyarətçilərə ödənişsiz xidmət göstərilib, qonaqlar üçün ekskursiyalar təşkil olunub.

6
Moskvada Kremlə mənzərə, arxiv şəkli

Rusiyada yaşayan həmyerlilərimiz güzəştlərdən yararlana biləcəklər

0
(Yenilənib 23:27 19.04.2021)
Mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir

BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən biri olan Rusiya Federasiyasında da pandemiya dövrününün tələblərindən irəli gələrək miqrantlarla bağlı bir sıra güzəştlər qəbul edilib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, bu istiqamətdə Rusiya Federasiyasında 18 aprel 2020-ci il tarixdə “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” müvafiq Fərman imzalanıb. Bu Fərmanda nəzərdə tutulan miqrantlarla bağlı yumşaldıcı tədbirlərin vaxtı bir neçə dəfə artırılıb və sonuncu dəfə bu müddət 15 iyun 2021-ci ilə qədər uzadılıb: "Ümumən pandemiya ilə bağlı müxtəlif ölkələrdə miqrantlara təqdim edilən güzəştlərin müddətləri müxtəlif qaydalarda müəyyən edilir və mütəmadi uzadılması praktikası mövcuddur. Ölkəmizdə də hazırda 1 iyun tarixinədək oxşar yanaşma tətbiq edilir.

Rusiyada qeyd edilən Fərmana əsasən 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək Rusiyada olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, müvəqqəti və daimi yaşama müddətləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə və ya yaşadığı ünvan üzrə qeydiyyata alındıqları müddətlər qeyd olunan tarixlərdə bitirsə, müddət axımı dayandırılmış hesab olunub. Qeyd edilən tarixlərdə daimi və müvəqqəti yaşama icazələrinin və miqrasiya kartının etibarlılıq müddətinin bitməsinin də müddət axımı dayandırılıb. Həmçinin mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir, həmçinin müvəqqəti olma müddətinin qısaldılması, əvvəllər verilmiş daimi və müvəqqəti yaşama, həmçinin iş icazələrinin, eləcə də patentlərin ləğv edilməsi barədə qərarlar qəbul edilmir (fərmanda verilmiş istisnalar xaricində)".

Vüsal Hüseynov həmçinin bildirib: "Qeyd edilənləri nəzərə alınaraq, Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının 15 iyun 2021-ci il tarixədək hüquqi statuslarının leqallaşdırması və qeyd edilən  Fərmanda güzəştlərlə bağlı müəyyən edilən müddətin mümkün uzadılma halları üçün bu ölkənin miqrasiya qaydaları barədə yenilikləri izləmələri tövsiyə olunur".

0