Kitab oxuyan qız, arxiv şəkli

Təsadüfi imzalar gələcəyimizi hara aparır?

985
(Yenilənib 19:37 02.04.2021)
"Uşağın şeir əzbərləməsi məntiqli deyil. Bu uşaq gələcəkdə Məleykə Əsədova olmayacaq ki?! "Bu beyin məşqidir, keçinin dilində həqiqətlərin çatdırılmasıdır" kimi arqument gətirirlər. Məgər biz uşaq vaxtı düşünmüşük ki, niyə keçinin 2 buynuzu qalıb?"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. "Uşaqlar bizim gələcəyimizdir" deyirlər. Gələcəyimiz olan uşaqların formalaşmasında uşaq ədəbiyyatının rolu danılmazdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu il Uşaq İli elan edilmişdi. Ölkəmizdə istər hökumət, istərsə də qeyri-hökumət təşkilatları bu sahədə müxtəlif tədbirlər həyata keçirdilər. Bəs bu tədbirlərin nəticəsi nə oldu? Dünya uşaq ədəbiyyatı ilə Azərbaycan uşaq ədəbiyyatını müqayisə etsək, hansı mənzərənin şahidi olarıq? Sputnik Azərbaycan bu suallara cavab axtarıb.

Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə deyir ki, bu gün Azərbaycanda uşaq ədəbiyyatı inkişaf edir, amma onun çapında, yayımında böyük problemlər var: "Sovet dövrünün çap poliqrafiya yayım qaydaları var idi. İndi onların hamısı ləğv edilib, aradan çıxarılıb. Yeniləri də müstəqil dövr Azərbaycan ədəbiyyatında indi-indi yaranmaqdadır. Uşaq ədəbiyyatının çapı, rayonlara çatdırılması, kitabxana şəbəkəsinin yaradılmasında müəyyən çatışmazlıqlar var. Bizim çox gözəl uşaq yazıçılarımız var. Qəşəm İsabəyli, Zahid Xəlil, İnqilab İsaq, Əfsanə Laçın, Sevinc Nuruqızı və sair kimi uşaq ədəbiyyatı ilə məşğul olan yazarlarımız var".

Nəcəfzadə qeyd edib ki, bizdə kitab şəbəkəsi yoxdur: "Onların kitabları çap olunur, yazıçılar evinə - mənə gətirib verirlər, amma o kitablar oxuculara çatdırılmır. Ən böyük problem odur ki, orta məktəblərə uşaq yazarları çağırılmır, universitetlərdə uşaq ədəbiyyatı keçirilir. Lakin heç bir yazarı dəvət etmirlər. Məsələn, ola bilər ki, Zahid Xəlili çağırarlar, deyə bilərlər ki, 3-cü sinifə dərsi sən özün keç. Təəssüf ki, bu əlaqələr kəsilib".

Dərsliklərdə dərc olunan şeirlərdən danışan Qəşəm müəllim bildirib ki, dərslikləri tərtib edənlər təsadüfi imzaların şeirlərini daxil edirlər, nəticədə gülünc mənzərə ortaya çıxır: "Bu gün bizim dərsliklərimizin vəziyyəti çox pisdir. Təsadüfi imzalar var ki, onları heç mən tanımıram. Amma onun şeiri dərsliyə salınıb. Niyə? Axı o şair deyil. Kitabı tərtib edən adam zəng edir dost-tanışına deyir ki, mənə bir ana haqqında şeir yaz, başqa birinə də deyir vətənpərvərlik mövzusunda bir şeir yaz. Heç bir imzaya müraciət etmir, araşdırmır. Nəticədə ortaya xoşəgəlməz bir mənzərə çıxır".

Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri bildirib ki, Təhsil Nazirliyi ilə Yazıçılar Birliyi dərsliklərin hazırlanmasında birgə iştirak etməlidir: "Elə bilirlər ki, uşaq şeiri yazmaq asandır. Amma bilməlidirlər ki, uşaq şeiri yazmaq olduqca çətindir. Mən böyüklər üçün də əsərlər yazıram. Müqayisə edəndə görürəm ki, uşaq ədəbiyyatı daha çətindir. Bura təsadüfi adamlar gəlməməlidir. 80-ci ildən uşaq şeiri yazıram. Xaricdə uşaq şeirlərim dərc olunub. Amma bu vaxta qədər mənim bir şeirimi də olsun dərsliyə salmırlar. Dəfələrlə müraciət etmişəm. Dərsliklərə saldıqları şeirləri mənə təqdim ediblər, mən heç onları bəyənməmişəm. Heç Xalq yazıçısı Anar da bəyənməyib, Yazıçılar Birliyinin ədəbi orqanları da o şeirləri bəyənməyiblər. Amma o kitablar dərsliklərə salınıb. Tanışlıqla Azərbaycan uşaq ədəbiyyatının gələcəyini müəyyən etmək olarmı?"

Şair Eminquey Akif uşaqların şeir əzbərləməsini vacib hesab etmir: "Qohum-əqrəbada uşaqlar da bizim kimi "Keçi", "Xoruz", "Pişik" şeirləri ilə böyüyürlər. Son vaxtlar fikir verirəm ki, ümumiyyətlə uşaqlar şeir əzbərləməyə maraq göstərmirlər. Heç valideynlər də buna cəhd eləmirlər. Mənim fikrimə qaldıqda isə, uşağın şeir əzbərləməsi məntiqli deyil. Bu uşaq gələcəkdə Məleykə Əsədova olmayacaq ki?! "Bu beyin məşqidir, keçinin dilində həqiqətlərin çatdırılmasıdır" kimi arqument gətirirlər. Məgər biz uşaq vaxtı düşünmüşük ki, niyə keçinin 2 buynuzu qalıb?"

Eminquey bunun əvəzinə cizgi filmlərinin çəkilməsinin daha məqsədəuyğun olduğunu düşünür: "Çünki dövr vizuallığı tələb edir. Məsələn, bir şeir yazılı versiyada bir cür effekt verir, səsləndiriləndə ayrı cür. Şeiri kliplə, səsləndirilmə ilə təqdim edəndə daha çox insana gedib çatır. Bizim uşaqlar gedib hansısa yapon, türk, rus cizgi filmlərinə baxmaqdansa öz cizgi filmlərimizə baxmalıdırlar". "Ramiz Rövşənin uşaqlar haqqında şeirlər kitabı çıxdı, təqdimatı oldu, mən də iştirak etdim. Elə də effektli olmadı. Yəqin ki, Ramiz Rövşən də düşündü ki, uşaqlar üçün şeirlər yazmaq lazımdır, amma nəticə gözlənilən olmadı. Köhnə nəslin nümayəndələrində adət-ənənə var idi, uşaq doğuldu, müəyyən yaşa çatanda ona şeir öyrətmək lazımdır. Amma indi elə bir adət-ənənə qalmayıb. Gənc ailələrdə uşaqlara şeir öyrətməyə hövsələ də yoxdur. "Böyük" ədəbiyyatımız bərbaddır, o ki qala uşaq ədəbiyyatı. Biz "Ələkbər əmi"ni, "Savalan baba"nı, "Sehirli güzgü"nü izləyən, "Şirinbalanın sərgüzəştləri", "Qorxulu nağıllar"ı oxuyan uşaqlarıq. İndi heç onlar da yoxdur", - deyə E.Akif əlavə etdi.

Uşaq yazarı Sevinc Nuruqızı bildirir ki, yaxşı uşaq yazarlarımız var. Sayları azdır, amma dünya səviyyəsinə çıxarılacaq yazarlarımız da var. Sadəcə uşaq ədəbiyyatının problemləri çoxdur: "Bu problemlər inkişafa mane olur. Elə uşaq kitablarımız var ki, başqa ölkələrdə çıxıb, bizdə yox. Məsələn, mənim "Melisa" romanım Türkiyədə çap olunub, amma Azərbaycan uşağı onunla tanış deyil. "Qaz balası qaqa" əsərim də Türkiyədə çapa hazırlanır, amma bizim uşaqlarımız ondan xəbərsizdir".

"Kitabların burada işıq üzü görməməsinin səbəbi nədir?" sualına xanım yazar "Azərbaycanda uşaq ədəbiyyatının nəşrində problem var", deyə bildirib: "Müəyyən bir sistem üzrə bir nöqtədən idarə olunmur. Xaotik nəşr olunur. Kim harada istəyir nəşr edir. Digər bir problem, çox az nəşr olunur. Uşaq ədəbiyyatı üçün 500-1000 tiraj çox azdır. Çünki, uşaq auditoriyası böyükdür. Əvvələr isə ən azı 50 min tiraj olurdu. 1000 tiraj heç gedib bölgələrə, ucqar kəndlərimizə çatmır. Demək olar ki, bölgələrimizdə yaşayan uşaqlar uşaq ədəbiyyatından tam ayrı düşüblər. Kitab əldə edəcəkləri ünvan belə, yoxdur. Yazar da azdır, amma heç olmasa, az yazarın kitabı gedib çatsın. Nəşr olunan kitablara yaxşı rəssam, illüstrator, yaxşı dizayn və yaxşı material lazımdır. Bu gün Azərbaycan uşaq ədəbiyyatını yazan yazarın üstünə çox iş düşür. Kitabı yazmaq, onu nəşr etdirmək, onu təbliğ etmək və s. Kitaba bəlli bir vəsait xərclənir. Onu da öz büdcəmizdən edirik. Yazar olaraq işimiz təkcə yazmaq olsa, o daha uğurlu səmtə aparar. Bu problemlər olmasa, bizdə də uşaq ədəbiyyatı inkişaf edər".

S.Nuruqızı dərsliklərdə yayımlanan şeirlərin vəziyyətindən də danışıb: "Mən özüm də dərsliklərlə işləyirəm. "Təhsil" nəşriyyatında işləyirəm. Onu deyim ki, dərsliklərin hazırlanması çox çətin işdir. Dərsliklə işləyən insanlar yüksək zövqə, dünya görüşünə malik olmalıdırlar. Əllərində material bol olmalıdır. Müasir dövr uşaq dərsliklərini hazırlayanlar uşaq psixologiyasına yaxından bələd olmalıdırlar. Bu gün hekayə yazanlara nisbətən uşaq şeirləri yazanlar çox azdır, barmaqla sayılacaq qədərdir. Dərsliyə uşaq şeiri salım deyəndə ortaya problemlər çıxır. Bir vaxtlar mən uşaq verilişləri hazırlayırdım, verilişi hazırlamaq üçün kitabxanalara gedirdim. Bir mövzu üçün uşaq ədəbiyyatı tapmaq o qədər çətin olurdu ki. Ümumən az da olsa, kitablar var. Konkret mövzu üzrə axtaranda isə baxırsan ki, vəziyyət heç də qənaətbəxş deyil".

985

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

6
(Yenilənib 10:25 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

6
Kitbaxanaçı Nazlı Əliyeva

Dünyanı qəlbləri ilə görənlər - Görmə məhdudiyyətli şəxslərin kitabxanası

514
(Yenilənib 23:43 11.04.2021)
Kitabxananın zirzəmidə yerləşməyi həm onun fəaliyyəti, həm də oxucular üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Cəmiyyətdə bu şəxsləri, "dünyanı qəlbləri ilə görənlər" adlandırırlar. Bir çox sahələrdə fitri istedadalara sahib olan görmə məhdudiyyətli şəxslər nə qədər qəribə səslənsə də, əksər hallarda asudə vaxtlarında mütaliə edir və bundan zövq alırlar.

Maraqlıdır, respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxanada durum necədir?

Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən kitabxana 4 mərtəbəli binanın zirzəmisindədir. Zirzəminin qapısını açaraq üzüaşağı dik pilləkənləri gördükdə, görəsən, görmə məhdudiyyətli şəxslər bu pilləkənlərlə necə qalxıb-düşürlər, deyə sual ağlımıza gəlir. Ehtiyatla aşağı enirik.

© Sputnik / Nigar Iskanderova
Gözdən əlillər kitabxanası

Kitabxanaçı Nazlı Əliyeva bizi kitabxana ilə tanış edir: "Kitabxanamız 1981-ci ildə yaranıb. 262 kvadrat metrlik ərazisi olan kitabxana 4 mərtəbəli binanın zirzəmisində yerləşir. Burada brayl əlifbası ilə yazılan, eyni zamanda audio formatda olan, həmçinin adi kitablar var. Oxucularımız isə 5 yaşdan 90 yaşadəkdir. Anaları 5 yaşlı yaxud da bir qədər böyük yaşlı övladlarını gətirərək onlara burada kitab oxuyurlar. Burada hətta abituriyentlər üçün lazım olan bəzi vəsaitlər də var".

Kitablarla tanış oluruq, burada dünya ədəbiyyatı, uşaq ədəbiyyatına aid müxtəlif növ - Azərbaycan, rus və türk dillərində kitabalr var. Az sayda olsa da, ingilis dilli kitablara da rast gəlmək mümkündür. Kitabxananın 19 işçisindən 13-ü görmə məhdudiyyətlidir.

Nazlı xanım deyir ki, buradakı audio kitablar səsyazma məntəqələrində diktorlar tərəfindən səsləndirilir: "Bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndirib. Bəzən tələbələr gəlir ki, biz ödənişsiz olaraq kitabları səsləndirmək istəyirik. Bu zaman həmin şəxsin səsi dinlənilir. Çünki bizim auditoriya görmədiyi üçün onlar səsə daha həssasdılar. Bu səbəbdən də səsin xoş, avazlı olub-olmadığı yoxlanılır. Səslə yanaşı, ləhcənin olmaması, düzgün oxunma çox önəmlidir".

© Sputnik / Nigar Iskanderova
Kitbaxanaçı Nazlı Əliyeva

Kitabxanaçı deyir ki, brayl tipli kitablar xüsusi avadanlıqlarla çap olunur. Düzdür, bu kitablar audio kitablarla müqayisədə az olsa da, ona maraq var. Audio tipli kitablar buradakı kitabların təxminən 70 faizini təşkil edir.

Söhbət boyu suallar da beynimizdə gəzib-dolaşır: Havalandırma sistemi, pəncərəsi olmayan və görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş kitabxanada görəsən ən çox nə qədər oturub mütaliə etmək olar?

Elə Nazlı xanım da deyir ki, onlaırn əsas problemləri məhz yerləşdikləri məkanla bağlıdır: "Əsas problemimiz bu məkanla bağlıdır. Mərkəz olaraq yerimiz yaxşıdır, "Gənclik" metrostansiyasının yanından bura beş dəqiqəyə çatmaq olur. Amma kitabxananın zirzəmidə yerləşməyi həm fəaliyyətimiz, həm də oxucularımız üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var. Onların arasında əsa ilə gəzənlər, arabada olanlar da var ki, bura düşüb-çıxmaq heç də rahat olmur".  

© Sputnik / Nigar Iskanderova
Taktil kitab

"Yaşayış binasının zirzəmisində yerləşirik deyə, burada nəmişlik olur, bir də görürsən ki, yuxarıdan su damır. İldə bir neçə dəfə bu iş başımıza gəlir, kitab fondumuz xarab olur, Pəncərələr olmadığndan havalandırma sistemi də yoxdur", - deyə o əlavə edir.   

N.Əliyeva deyir ki, oxucular əvvəllər daha çox gəlirdi, hazırda isə gündəlik gələn oxucuların sayı 10-15-dir: "Bunun da səbəbi ictimai nəqliyyatda, taksilərdə qiymətlərin artması ilə bağlıdır. Bu şəxslər gələndə tək gəlmirlər, mütləq onlarla kimsə də gəlir. Yəni, hər dəfə taksi ilə gəlmək onlar üçün heç də sərfəli deyil. Lakin biz kitabları onlara əlçatan etmək üçün bəzən özümüz ünvana aparırıq. Görmə məhdudiyyətli şəxslər adətən kompakt olaraq bir ərazidə yaşayırlar. Belə olanda, yaxud da şəxslərdən biri gəlib kitab götürdükdə sonradan digər görmə məhdudiyyətli şəxslərə də verir. Bu zaman həmin şəxs bizimlə əlaqə saxlayaraq kitabı kimə verdiyini deyir və kitab onun adından çıxarılaraq başqasının adına salınır".

© Sputnik / Nigar Iskanderova
Səsli kitab

Pandemiya dövründə oxucuların evdən çıxmaması üçün kitabxanın digər əməkdaşları təəfindən "Youtube" və "Facebook" vasitəsi ilə kitablar oxuyaraq səsləndirirlər: "Pandemiya dövründə "Zoom" proqramı vasitəsi ilə tədbirlər də keçirmişik. Bizim əsas kontingentimiz Gözdən Əlilər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərimizə qatılır, müxtəlif proqramlarla çıxış edirlər. Biz onların şairlər, yazıçılar, qəhrəmanlarımızla görüşlərini də təşkil edirik".        

Kitabxananın direktoru Şəhla Vəliyeva da zirzəmi şəraitinin çətinliklərindən danşır: "Bizim kitablar xüsusi kitablardır. Brayl əlifbası ilə nəşr olunan kitablar müəyyən temperaturda, şəraitdə qorunub saxlanılmalıdır. Bu kitablarla yanaşı disklərin də zirzəmi şəraitində saxlanılması düzgün deyil. Bu bizim başlıca problemimizdir. Təsəvvür edib, bəzən təmir  bitməmiş divarlar yenidən nəm verir".

  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Gözdən əlillər kitabxanası
    © Sputnik / Nigar Iskanderova
1 / 4
© Sputnik / Nigar Iskanderova
Səsli kitab

"Ev sahibləri evlərini kirayə verirlər. Kirayədə qalanlar isə gördüyünüz kimi, vəziyyətimizi bu hala gətiriblər. Zirzəmidə olmasaydıq, vəziyyət fərqli olardı", - deyə o əlavə edir.

Hazırda kitabxananın 1200 oxucusu olduğunu deyən direktor bu auditoriyada 83-85 yaşlı nənə-babaların da yer aldığını diqqətə çatdırır.

514
Kosmos

Rəşad Nəbiyev: "Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib"

0
"Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - rabitə və yüksək texnologiyalar naziri qeyd edib.

BAKI, 12 aprel — Sputnik. "Bu gün insanın kosmosa ilk uçuşundan 60 il ötür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

"Çox sevinirəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib. Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - Rəşad Nəbiyev qeyd edib.

0